Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətninin dövlət əleyhinə olduğunu hesab edir.
O, bu barədə brifinqdə bildirib.
"Bu mətnlə müstəqil dövlətin mövcudluğu qeyri-mümkündür", - Paşinyan deyib.
O qeyd edib ki, ölkənin yeni Konstitusiyasının qəbul edilməsi "Mülki müqavilə" partiyasının seçkiqabağı proqramına daxil idi. Əlavə edib ki, konstitusiyanın yeni layihəsi yaxın vaxtlarda dərc olunacaq.
Paşinyan hakimiyyət və müxalifət arasında konstitusiya islahatları ilə bağlı fikir ayrılıqları fonunda ölkədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalının az olduğunu bildirib. Bununla belə, o, müxalifətin rədd edə bilməyəcəyi təkliflə çıxış edəcəyi vədini verib. Lakin hansı təklifdən söhbət getdiyini dəqiqləşdirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 29 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















