Icma.az
close
up
RU
Ağsu Aqroparkının bolluğa töhfəsi

Ağsu Aqroparkının bolluğa töhfəsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2018-ci ildə yaradılmış Ağsu Aqroparkının əsas fəaliyyət istiqamətlərinə kənd təsərrüfatının heyvandarlıq və bitkiçilik kimi mühüm sahələri daxildir. Ümumi ərazisi 1843 hektar olan aqroparkın layihə dəyəri 18 milyon manatdan çoxdur. Bu il parkın 1843 hektar sahəsində əkin işləri həyata keçirilib. Bunun da 600 hektarını buğda, 600 hektarını arpa, 400 hektarını qarğıdalı, 200 hektarını isə yonca sahələri təşkil edib.

Ağsu Aqropakında Niderland, ABŞ və İsrail kimi qabaqcıl ölkələrin kənd təsərrüfatı sahəsində olan təcrübəsindən geniş istifadə edilir. Bu da öz növbəsində yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir. Bununla yanaşı, aqroparkın təsərrüfat sahələrinin suvarılmasında müasir sistemlər tətbiq edilir. Artıq parkın 1500 hektarından çox hissəsində pivotaltı suvarma sistemi quraşdırılıb.

Eyni zamanda, heyvandarlıq təsərrüfatının inkişafına xüsusi önəm verən Ağsu Aqroparkında hazırda 2200-dən çox iribuynuzlu südlük və ətlik heyvan saxlanılır. Aqroparkın heyvandarlıq təsərrüfatında əsasən Avstriya və Almaniyadan olan “Simmental” cinsli heyvanlar bəslənilir. Bu heyvanlar da südvermə qabiliyyətinə görə digər heyvanlardan fərqlənir. Belə ki, bir inək orta hesabla 26 litr süd vermək gücündədir. Yeri gəlmişkən, 2024-cü ildə müəssisədə 4 milyon ton litr süd və 360 ton ət istehsalına nail olunub. Ümumilikdə isə, ötən müddətdə aqroparkda, təqribən, 15 milyon litrdən çox süd istehsal edilib.

Ağsu Aqroparkı əhalinin məşğulluq səviyyəsinin də yüksəldilməsinə mühüm töhfə verən təsərrüfat sahələrindədir. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır. Mövsümdən asılı olaraq isə parkda 240-250 nəfər işlə təmin edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see196

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see186

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see186

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see179

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see179

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see175

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see173

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see172

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see163

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see162

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see158

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see155

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see155

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see154

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see154

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see154

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see151

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see150

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see141

Ən inadkar bürclər hansılardır?

21 May 2026 21:19see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri