Icma.az
close
up
RU
Biləsuvarın bərəkət mövsümü, bolluğa töhfəsi

Biləsuvarın bərəkət mövsümü, bolluğa töhfəsi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qədim Muğam düzünün mərkəzində pərvəriş tapmış aqrar rayonlarımızdan olan Biləsuvarda əsasən taxılçılıq, pambıqçılıq və heyvandarlıq sahələri inkişaf etdirilir.

Ötən mövsümdə 7 min 562,9 hektar taxıl sahəsindən 24 min 441 ton buğda, 24 min 114,9 hektar sahədən isə 71 min 553,1 ton arpa biçilib. Məhsuldarlıq müvafiq olaraq 32,3 və 29,7 sentner olub. Bu əkin mövsümündə sahələrə daha çox – 32 min hektar taxıl toxumu səpini nəzərdə tutulub. Bunun 8 min hektarı buğda, 24 min hektarı isə arpadır. İndiyədək arpanın üçdə-biri artıq səpilib.

Rayonun qabaqcıl fermer təsərrüfatları yenə də ön sırada gedərək nümunə göstərirlər. Taxılçı fermerlərdən Rüstəm Əzizov, Vidadi Həsənov, Ramiz Əliyev, Mirsahib Zəkiyev, Rafiq Bədəlov və başqaları yüksək məhsuldarlıq üçün zəruri tədbirlər həyata keçirirlər.

Səmədabad kənd sakini Ramiz Əliyev 25 ildən artıqdır ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Əməksevər fermer bu illər ərzində torpağa sədaqətli münasibəti, zəhmətə sevgisi və aqrar sahədə yeniliklərə açıq baxışı ilə seçilib. Onun fədakar əməyinə verilən ən yüksək qiymətlərdən biri də 2-ci dərəcəli “Əmək” ordenidir.

Ramiz Əliyev ötən mövsüm 120 hektar sahədə yüksək reproduksiyalı taxıl sortları yetişdirib. Müsahibimiz dedi ki, dövlətin aqrar sahəyə göstərdiyi davamlı dəstək, tətbiq olunan yeni əkin və becərmə texnologiyaları məhsuldarlığın artmasına mühüm təsir göstərib. “Bir vaxtlar hər hektardan 25 sentner məhsul götürəndə sevinirdik. İndi isə Türkiyə və Azərbaycanda istehsal olunan regionlaşmış elit sortlar sayəsində bu göstərici 45 sentnerə çatıb”.

Ramiz Əliyev hesab edir ki, aqrar sahədə tətbiq olunan elmi yeniliklər və müasir texnologiyalar yaxın illərdə daha böyük nailiyyətlər qazanmağa imkan verəcək. Qarşıdakı hədəflər daha böyükdür. Məhsuldarlığı artırmaqla yanaşı, ixrac imkanları da genişləndiriləcək.

Pambıqçılıqda da vəziyyət yaxşıdır. Ötən il 915, 8 hektar tarladan 24 min 798,6 ton “ağ qızıl” toplanıb. Orta məhsuldarlıq 35,9 sentner olub. Bu il isə 18 min 028 hektardan hələlik 4 min tonadək məhsul yığılıb. Bu sahədə Fəxrəddin Quliyevin, Fazil Musayevin, Anar Abbasovun, Yunis və Əliyar İbayevlərin, Hikmət Kərimovun fermer təsərrüfatları öndə gedirlər.

Hikmət Kərimov ömrünü aqrar sahəyə həsr edən əsl zəhmət adamlarındandır. İxtisasca aqronomdur, həm biliyi, həm də təcrübəsi ilə pambıqçılıqda yüksək nəticələrə imza atır. “Prime-Cotton” MMC-nin tarlalarında gecə-gündüz çalışan Hikmət Kərimovun məqsədi birdir: torpağın bərəkətini artırmaq, keyfiyyətli məhsul yetişdirməkdir. Bu mövsüm onun 18 hektarlıq sahəsində gözlənilən 50 sentnerdən artıq məhsul isə bu zəhmətin layiqli bəhrəsidir...

Heyvandarlıq sahəsinə gəlincə isə Biləsuvarda hazırkı vaxta 30 min baş iribuynuzlu qaramal, 140 min baş davar saxlanır. Biləsuvarda, eyni zamanda, çəltik, tərəvəz, bostan bitkiləri, kartof, şəkər çuğunduru, paxlalı bitkilər, qarğıdalı sahələri mövcuddur. Meyvə bağlarından bu il 3 min 635 ton məhsul yığılıb. Bağlarda yığılası meyvələr hələ də olduğu üçün yekun məhsuldarlıq həcmi bir qədər sonra müəyyənləşdiriləcək.

Kartofçuluqda da göstəricilər yüksəkdir. Əgər ötən il Biləsuvarda 132,5 hektarda kartof əkilirdisə, bu il həmin rəqəm 147,2 hektar olub. Yığılan məhsul 227,4 ton təşkil edib. Hər hektardan orta məhsuldarlıq 152,2 sentner təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020–2022-ci illərdə rayonda kartof əkini sahələri aşağı-yuxarı 100 hektar idi.

Biləsuvarda tərəvəz sahələri də ilbəil genişləndirilir. Əgər 2021-ci ildən bu sahələr 1175 hektar idisə, bu il ikiqat artıq – 2290 hektardır. Ötən il əhali təsərrüfatlarında paxlalı bitkilər üzrə heç bir göstərici qeydə alınmamışdı, bu il isə 298,7 hektardan 899 ton məhsul yığılıb. Bu da 30,1 sentner məhsuldarlıq deməkdir. Onu da deyək ki, rayonda son 10 ildə belə məhsuldarlıq qeydə alınmayıb. Bostan bitkiləri üzrə vəziyyət də ürəkaçandır: 1731,8 ton və 142,6 sentner məhsuldarlıq.

Günəbaxan məhsulu üzrə də yüksəliş var. Əgər bu sahə 2021-ci ildə cəmi 74 hektar idisə, bu il təxminən 3 dəfə geniş, yəni 210,6 hektar olub. Məhsuldarlıq ən yüksək həddə çataraq, 22,2 sentner qeydə alınıb.

Ə.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri