Ağsuda meyiti tapılan qadın öldürülübmüş: iki nəfər saxlanıldı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağsuda baş verən qətlin üstü açılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.
Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 49 yaşlı Əyyub Sahabov və həmyaşıdı Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Ağsuda iki nəfər zəhərlənib
08 May 2025 19:18
Ağsuda evdən qadın meyiti tapıldı
04 Noyabr 2026 19:33
Biləsuvarda qadın boğularaq öldürülübmüş Gəlini və onun qardaşı saxlanıldı
15 Dekabr 2025 11:10
Ağsuda Dəhşətli Qəza! İKİ NƏFƏR...
02 Aprel 2026 12:36
Qadın çəkiliş gələnə qədər öldürülübmüş... Video
02 Sentyabr 2025 22:51
Baxış sayı:127
Bu xəbər 27 Mart 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















