Icma.az
close
up
RU
Ağsuda rəis ölümü: şirkət rəhbərinin aqibəti necə olacaq?

Ağsuda rəis ölümü: şirkət rəhbərinin aqibəti necə olacaq?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Dünən güclü yağışlardan sonra Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisinin ölməsi, həmçinin xəsarət alanların olması ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb. Bu cür təhlükəli havada işəgötürənlər kəskin tənqid edilir və bildirilir ki, bu, əmək hüquqlarının pozuntusudur. Hətta ölümə səbəb olan və işləmək  tapşırığı verən şirkət rəhbərinin həbs edilməsi tələb edilir.

Qanunvericilik bu barədə nə deyir?

Globalinfo.az-a danışan vəkil Vamiq Şükürov deyib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsininə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:

“İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri” adlı Əmək Məcəlləsinə edilmiş əlavə var. Belə ki, həmin qaydalara görə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma işləri; 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi işləri dayandırılır. Bunun öhdəliyi birbaşa direktorun, rəhbərliyin üzərinə düşür. Onun borcudur ki, belə bir havada işi dayandırsın. Qeyd edilən tələblərin pozulduğu müəyyən olunarsa, təbii ki, qanunvericiliklə tədbirlər görülür. Cinayət Məcəlləsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda – üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur”.

Vamiq Şükürov

Vəkil bildirib ki, burada istisna hallar da mövcuddur:

“Bəzən ekskavatorun fəaliyyəti elə birbaşa xilasedici işlərlə bağlı olur. Məsələn, təcili yardım zamanı yaxud hansısa baş vermiş qəzalı vəziyyəti aradan qaldırarkən işlərin dayandırılması qaydaları həmin hallara aid deyil”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri