Icma.az
close
up
RU
Ağsuda YAP a yeni üzv olanlara vəsiqə verildi FOTO

Ağsuda YAP a yeni üzv olanlara vəsiqə verildi FOTO

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı və Sağ sahil ƏPT-nın (Ağsu rayon Mərkəzi Xəstəxanası) birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Ağsu rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev və Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Gülnarə Muxtarova iştirak ediblər.

Təbdirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpa edilməsi uğrunda qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 15 iyun Milli Qurtuluş Günü ilə bağlı hazırlanmış videofilm nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki,  Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Vurğulayıb ki,  əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib.

Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Gülnarə Muxtarova çıxışında bildirdi ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır.Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.

Partiya veteranı Fazil Əzizov, ƏPT-nın üzvü Dilarə Mirzəliyeva çıxış edərək 15 iyun Milli Qurtuluş Gününün dövlətimiz və xalqımızın həyatında müstəsna əhəmiyyətindən danışaraq bildirdilər ki, Ulu Öndərin böyük ideyalarını layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun, igid oğullarımızın şücaəti ilə bu gün işğaldan azad edilən bütün ərazilərdə möhtəşəm bərpa və quruculuq işləri aparılır, əhalinin mərhələli şəkildə köç prosesi həyata keçirilir.

Sonda partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Redaktor.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyun 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see275

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see242

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see234

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see228

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see220

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see198

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see189

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see166

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see155

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see155

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see155

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see154

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see151

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri