Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Ağsuda yeni rəhbərlik seçdi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Ağsuda yeni rəhbərlik seçdi

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Konstitusiya və Suverenlik ili çərçivəsində YAP Ağsu rayon təşkilatının “Suvarma Sistemləri İdarəsi” ərazi partiya təşkilatında “Suverenliyimiz əbədidir” adlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.

Rayon təşkilatının sədri Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazası rolunu oynadığını vurğulayıb.

Bildirib ki, 2020-ci ilin sentyabr ayında başlanmış Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə Azərbaycan torpaqları tamamilə azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.

Rayon təşkilatının sədri  qeyd edib ki, Prezident İlham Əliyevin  19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən hər il 20 sentyabr tarixi Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü, Azərbaycan üçün tarixin dönüm nöqtəsidir. Bu gün yalnız bir əməliyyatın ildönümü deyil, bu, xalqın suverenliyini tam şəkildə bərpa etməsi, dövlətin konstitusiya hakimiyyətinin ölkənin bütün ərazilərində tətbiqi, vətənpərvərlik ruhunun yüksəlişi və gələcəyə inamın əsas simvoludur.

Ağsu Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Elnur Süleymanov öz çıxışında qeyd edib ki,  Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, bu iki mühüm dəyərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək, ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların və gələcək perspektivlərin təhlili üçün unikal imkan yaradacaq.

Daha sonra təşkilatı məsələlərə baxılıb. “Suvarma Sistemləri İdarəsi” ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçilib. Rayon təşkilatının sədri ərazi partiya təşkilatına yeni seçilən sədr və sədr müavinini təbrik edib və onlara partiya fəaliyyətində uğurlar arzu edib.

Sonda rayonun ictimai-siyasi həyatında, yerli təşkilatın fəaliyyətində aktiv iştirakına və ərazi partiya təşkilatı sədri kimi səmərəli fəaliyyət göstərdiyinə görə Mayılov Əlhüseyn Valeh oğlu 60 illik yubileyi münasibətilə YAP Ağsu rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri