Ahbap ın kassası açıldı: İçindən nələr çıxdı? VİDEO/FOTOLAR
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan araşdırmada yeni təfərrüatlar üzə çıxıb.
Demokrat.az xəbər verir ki, dərnəyin hesabındakı 44 milyon lirənin əvvəlcə 1 milyon dollara, daha sonra isə qızıla çevrilməsi ilə bağlı idarə heyətinin qərarları araşdırılır.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində məlum olub ki, 14 yanvar 2026-cı ildə keçirilən iclasda dərnəyin bank hesabında olan 44 milyon lirənin inflyasiya səbəbindən dəyər itirməsinin qarşısını almaq məqsədilə qızıla çevrilməsinə qərar verilib. Bunun üçün pulun əvvəlcə ABŞ dollarına dəyişdirilməsi nəzərdə tutulub.
Həmin qərara əsasən, valyuta dəyişmə məntəqəsindən alınacaq 1 milyon dolların fiziki şəkildə təhvil alınması üçün müğənni və “Ahbap”ın qurucusu Haluk Levent səlahiyyətləndirilib.
İki gün sonra, yanvarın 16-da isə idarə heyəti 1 milyon dollarla qızıl alınmasına qərar verib. Qızılın mağazadan təhvil alınması da Leventə həvalə olunub. Alınan qızılın bankdakı kirayə seyfdə saxlanılması qərara alınıb və seyfin açarı da ona verilib.
Sənədlərə görə, yanvarın 14-də dərnəyin hesabından valyuta dəyişmə məntəqəsinə 44 milyon lirə köçürülüb. Ödənişin açıqlama hissəsində “Qəzza üçün nağd şəkildə alınan 1 milyon ABŞ dolları ödənişi” ifadəsinin yazıldığı bildirilir.
Lakin araşdırma zamanı ən diqqətçəkən məqam seyfin açılması zamanı ortaya çıxıb. Avqustun 6-da polis əməkdaşı, zərgər ekspert və dərnəyin əmlakının idarə olunmasına təyin edilmiş iki vəkilin iştirakı ilə seyf açılıb.
Seyfdə 44 milyon lirədən 1 milyon dollara, daha sonra isə fiziki qızıla çevrildiyi bildirilən aktivlər aşkar edilməyib. Seyfdən yalnız dərmanlar, vitamin həbləri və bir kitab çıxıb.
Hazırda istintaq çərçivəsində 44 milyon lirənin, həmin vəsaitlə alındığı deyilən 1 milyon dolların və bu məbləğ qarşılığında əldə edildiyi bildirilən fiziki qızılın sonrakı taleyi araşdırılır.

Bu mövzuda digər xəbərlər:Çörəyin içindən görün nə çıxdı FOTOLAR
01 İyul 2026 18:20
Bu məşhurun Mercedes i satışda: İçindən görün nələr çıxdı FOTOLAR
19 Aprel 2026 23:57
İkinci əl şkaf aldı, görün içindən nələr çıxdı VİDEO
25 Dekabr 2024 11:52
Gömrükdə kahı nın içindən narkotik çıxdı FOTOLAR
16 Mart 2025 17:03
Baxış sayı:165
Bu xəbər 12 Avqust 2026 16:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları