Azərbaycan cüdoçuları Yaponiyada təlim məşq toplanışına başlayıblar
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Yaponiyada beynəlxalq təlim-məşq toplanışına başlayıb. Sport24.az xəbər verir ki, üç həftə davam edəcək hazırlıq prosesində 16 cüdoçu iştirak edir.
Belə ki, komandaya yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edirlər.
Toplanışın ilk mərhələsi Tokai Universitetinin nəzdində fəaliyyət göstərən Saqami məktəbində təşkil olunur. Cüdo ənənələri ilə seçilən Yaponiyada keçirilən hazırlıq prosesi idmançıların texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsi, beynəlxalq təcrübələrinin artırılması və yüksək rəqabətli məşq mühitinə uyğunlaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Məşqlər zamanı cüdoçuların fərdi texniki hazırlığı, randori bacarıqları, fiziki dözümlülüyü və müxtəlif üslublu rəqiblərlə mübarizə təcrübəsinin artırılmasına xüsusi diqqət yetirilir.
Beynəlxalq təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qarşıdakı yarışlara hazırlığının mühüm mərhələlərindən biri olmaqla yanaşı, onların uzunmüddətli inkişafına və gələcəkdə əsas milli komandaya keçidinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Noyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















