Icma.az
close
up
RU
AHİK də deputatlarla görüş olub

AHİK də deputatlarla görüş olub

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə komitə sədri Fazil Mustafa, sədr müavini Sahib Alıyev, üzvlər - Azər Allahverənov və Səbinə Salmanova, ekspert Əkbər Qoşalı və AHİK nümayəndələri iştirak ediblər.Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib.Tədbirdə AHİK-də aparılan struktur islahatları, həyata keçirilən layihələr, tətbiq olunan yeniliklər, Əmək və Sosial Münasibətlər Akademiyasında kadr hazırlığı üçün yaradılmış əlverişli şərait deputatların diqqətinə çatdırılıb. Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, “Layiqli Əmək Səfirləri” layihəsinə başlanılıb, yaxın vaxtlarda isə ittifaq üzvləri üçün xüsusi endirimlər nəzərdə tutan "AHİK Plus" proqramına start veriləcək. Qeyd olunub ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, prosedur sadələşdirilib, prosesin tam rəqəmsallaşdırılması işləri davam etdirilir.AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyasının təsdiqləndiyini vurğulayan Konfederasiya sədri beynəlxalq təcrübəyə, müasir çağırışlara uyğunlaşdırılması üçün həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərin hazırlandığını qeyd edib.Sonra AHİK-in fəaliyyəti və “Layiqli Əmək Səfirləri” layihəsi barədə videomateriallar nümayiş olunub.F.Mustafa Konfederasiyada həyata keçirilən islahatları yüksək qiymətləndirib.S.Alıyev, A.Allahverənov və S.Salmanova çıxışlarında əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xidmətlərindən bəhs edib, qurumun işinə uğurlar arzulayıblar.Sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri