Icma.az
close
up
RU
Parlamentdə çinli deputatlarla görüş Foto

Parlamentdə çinli deputatlarla görüş Foto

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 14-də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım və deputat Ziyad Səmədzadə Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının parlament nümayəndə heyəti ilə görüşüblər.

Teleqraf.com xəbər verir ki, komitə sədrinin müavini Fatma Yıldırım Çin Xalq Siyasi Məşvərət Şurasının Ətraf mühitin və resursların mühafizəsi komitəsinin sədr müavini Li Jinbinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq Çinin COP29-da geniş tərkibli nümayəndə heyəti ilə iştirakını iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssas yanaşmanın göstəricisi kimi yüksək qiymətləndirib.

O, Azərbaycanla Çin arasında əlaqələrin artan dinamika ilə inkişaf etdiyini deyib, strateji xarakter daşıyan münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, bir çox qlobal əhəmiyyətli layihələrdə uğurla əməkdaşlıq etməsinə toxunub, Azərbaycanın yaşıl enerji və yaşıl texnologiyaların tətbiqi və təşviqi ilə bağlı gördüyü işlər barədə danışıb.

Çin parlamentinin komitə sədrinin müavini Li Jinbin səmimi qəbul üçün təşəkkür edib, COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib, Çinin Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin COP29-a sədrliyi dövründə qlobal miqyasda iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı kimi sahələrdə mühüm nəticələrin əldə olunacağına inamını bildirib.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub. Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar. Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri