Icma.az
close
up
RU
AHİK də ƏƏSMN ilə əmək və məşğulluq müzakirəsi

AHİK də ƏƏSMN ilə əmək və məşğulluq müzakirəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki əlverişli mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə yaratdığı geniş imkanları, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb. O bildirib ki, sağlam və təhlükəsiz iş şəraitinin tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.

Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

Müzakirə zamanı əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, məşğulluq, işçilərin rifahının yüksəldilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, sosial tərəfdaşlıq ildən-ilə təkmilləşir, Baş Kollektiv Sazişdə müasir çağırışlara və tələblərə uyğun müddəalar əksini tapır ki, bu da əmək hüquqlarının daha effektiv müdafiəsinə əlavə imkanlar yaradır.

Daha sonra AHİK-in fəaliyyətindən bəhs edən videomaterial izlənilib, həmkarlar ittifaqları haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimat edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev konfederasiyanın həyata keçirdiyi islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu vurğulayıb. Məşğulluq imkanlarının artırılması, əmək bazarı ilə bağlı görülən sistemli tədbirlər nəticəsində əmək müqavilələrinin sayının artdığını qeyd edən nazir həssas əhali qruplarının sosial müdafiəsinin daim diqqətdə saxlandığını qeyd edib.

Tərəflər sosial dialoqun, sivil tərəfdaşlığın inkişafının, Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəliklərə riayət olunmasının önəmini vurğulayıblar.

Sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri