Icma.az
close
up
RU
ƏƏSMN də kollegiya iclası keçirildi

ƏƏSMN də kollegiya iclası keçirildi

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra edilən 5 sosial islahat paketinin sosial ödənişlərdə ciddi artımlara imkan verdiyini vurğulayıb. Ötən il də növbəti sosial islahat paketi çərçivəsində əməkhaqları, pensiya, müavinət və təqaüdlərdə növbəti artımlar edildiyi bildirilib. Əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi tədbirlərinin davamı olaraq yaxın vaxtlarda 1,1 mln. vətəndaşı əhatə edən pensiyaların təqribən 9 faiz civarında indeksləşdirilərək artırılmasının gözlənildiyi qeyd edilib.

Naxçıvan Muxtar Respublikasında ötən il sosial müdafiə sahəsində görülmüş işlərdən bəhs olunub, habelə son bir ildə muxtar respublikada əvvəlki ilə nisbətən 27 faiz çox olmaqla 6,8 mindən çox şəxsin aktiv məşğulluq proqramları ilə əhatə olunduğu, o cümlədən 950-dək şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd edilib. Naxçıvan Regional DOST Mərkəzinin yaxın vaxtlarda açılacağı, Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Sədərək rayonlarında DOST filiallarının yaradılması üçün əsaslı təmir işlərinin, Şahbuz DOST filalının və Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması üçün layihələndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb. Ötən il Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının fəaliyyətə başladığı, “DOST Müfəttiş” və “Rehabus” layihələrinin muxtar respublikada da həyata keçirildiyi, Naxçıvandakı reabilitasiya mərkəzlərində son bir ildə 1300-dən çox şəxsə stasionar və ambulator şəraitdə reabilitasiya xidmətlərinin göstərildiyi bildirilib.

Ölkəmizdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılmış işlərdən, elektron əmək müqaviləsinə keçid prosesindən bəhs olunub. Son bir ildə 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi və görülən tədbirlərlə bu vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilən 89 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi diqqətə çatdırılıb.

Ötən il 4 minədək tənha ahıl və əlilliyi olan şəxsə evlərində səyyar formada, 2,3 mindən çox şəxsə sosial xidmət müəssisələrində stasionar formada sosial xidmətlər göstərildiyi, 1620 nəfər imtiyazlı şəxsin sanator-kurort yollayışı təmin edildiyi qeyd olunub. Sosial rifahda mühüm amil olan məşğulluğun təminatı proqramlarının ildən-ilə genişləndirildiyi vurğulanıb. Son bir ildə 567 min şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə edildiyi, o cümlədən 189 min şəxsin işlə təmin olunduğu, 16,8 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatlarının yaradıldığı bildirilib.

Keçən il 887 min, ümumən ötən dövrdə 4,1 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən faydalandığı, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb. Son bir ildə 54,5 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 142 min şəxsin reabilitasiya xidmətləri, 13,7 min şəxsin 212 min reabilitasiya vasitəsi ilə təmin edildiyi qeyd olunub.

İclasda qeyd edilən sahələrdə ötən il görülmüş işlər və builki hədəflər müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Yanvar 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri