Icma.az
close
up
RU
AHİK lə bağlı yeni İDDİALAR YAYILDI Təşkilatda nələr baş verir? KONKRET

AHİK lə bağlı yeni İDDİALAR YAYILDI Təşkilatda nələr baş verir? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) son aylarda səriştəsiz idarəetmə ilə bağlı narazılıqlar artır. Təşkilat üzvlərinin fikrincə, qurumun fəaliyyətində şəffaflıq və demokratik idarəetmə prinsipləri kobud şəkildə pozulur.

KONKRET.az xəbər verir ki, Həmkarlar İttifaqları haqqında qanuna əsasən, bu təşkilatlara üzvlük tam könüllülük prinsipi ilə həyata keçirilməlidir. Üzvlüyə qəbul olmaq və ya xaric edilmək fərdi qaydada, yalnız ərizə əsasında və iş yerindəki ilk həmkarlar ittifaqı təşkilatının razılığı ilə mümkündür. Yəni heç bir işçi bu quruma zorla üzv edilə bilməz. Üstəlik, çıxmaq üçün isə hansısa instansiyaya müraciət ünvanlamağa ehtiyac yoxdur.

Lakin AHİK rəhbərliyi təşkilatın əsas prinsiplərini arxa plana keçirib. Belə ki, təcrübəli kadrların sistemli şəkildə işdən uzaqlaşdırılması, yerinə isə daha çox yaxın dost və tanışların gətirilməsi təşkilatın fəaliyyətində ciddi problemlərin yaranmasına səbəb olub.

Qeyd edək ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində növbədənkənar seçkilər keçirilib. İddialara görə, seçkilər barədə ictimaiyyətə heç bir rəsmi məlumat verilməyib. Seçkilərdən bir neçə gün əvvəl AHİK Aparat rəhbərinin müavini Hikmət Nəbiyev eyni zamanda Komitəyə sədr müavini təyin olunub. Ardınca (təxminən 16 may tarixində) keçirilən seçkidə isə Hikmət Nəbiyev Komitənin yeni sədri, indiki sədr Hikmət Osmanov isə onun müavini seçilib.

Maraqlıdır ki, 69 yaşlı Hikmət Osmanov vəzifəsini tərk etməli olduğu halda, yenidən müavin kimi vəzifəyə qaytarılıb. Həmçinin, o AHİK sədr müavini postunu da saxlamağa davam edir. Bu qərar “sadəcə kadr yerlərinin dəyişdirilməsi” kimi qiymətləndirir və şəffaflığa zidd hesab edilir.

Daha da təəccüblüsü odur ki, bu dəyişikliklər və seçkilər barədə ictimaiyyətə açıq formada heç bir məlumat verilməyib. Mediaya tam qapalı şəkildə keçirilən proseslər, həm də ittifaq üzvlərindən məcburi şəkildə toplanan 2% maaş kəsintisi fonunda baş verir.

Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə AHİK-in digər strukturları, xüsusilə də Nigar Vahabzadə ilə bağlı daha detallı məlumatlar ortaya çıxacaq.

Natiq Səlim

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri