Icma.az
close
up
RU
AHİK nümayəndə heyəti Cenevrədə bir sıra görüşlər keçirib

AHİK nümayəndə heyəti Cenevrədə bir sıra görüşlər keçirib

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərliyi ilə AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatında (BƏT) bir sıra görüşlər keçirib.

BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andrees, İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) direktoru Maria Helena Andre, eləcə də qurumun digər rəhbər şəxsləri ilə görüşlərdə iki qurum arasında əlaqələrdən, həyata keçirilən birgə layihələr və tədbirlərdən danışılıb, 2025-2026-cı illər üzrə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Konfederasiya sədri Azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib. Müstəqilliyinin ilk illərindən Azərbaycanın BƏT-ə üzvlüyünü, təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ölkəmizdə ratifikasiya olunduğunu qeyd edən Konfederasiya sədri hazırda "Sosial təminat (minimum standartlar)" Konvensiyasının ratifikasiyasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, AHİK və üzv təşkilatlar əmək şəraitinin davamlı olaraq yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə BƏT ilə sıx əməkdaşlıq edir, AHİK nümayəndələri təşkilatın sessiyalarında, aparılan müzakirələrdə fəal iştirak edirlər. BƏT-in dəstəyi ilə Bakıda və ölkəmizin regionlarında hər iki qurumun ekspert və nümayəndələrinin iştirakı ilə 40-dan çox seminar, konfrans və dəyirmi masa keçirilib.

Görüşlərdə, həmçinin AHİK tərəfindən "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi - Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası"nın qəbul olunduğu, eləcə də AHİK-in BƏT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqından biri olduğu vurğulanıb.

Bununla yanaşı, BƏT-in dəstəyi ilə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli ilə bağlı 10-dan çox maarifləndirici vəsait, həmçinin "2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycanda görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrünə dair hesabat" nəşr olunub.

BƏT-də keçirilən görüşlərdə "yaşıl iqtisadiyyata" keçid, bu prosesdə ədalət prinsipinin qorunmasının əhəmiyyətindən və bu sahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən də bəhs olunub, ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da qəbul edilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyəti vurğulanıb.

AHİK nümayəndə heyəti, həmçinin BƏT ilə imzalanması nəzərdə tutulan "2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın təsdiq edilməsinin sürətləndirilməsini xahiş edib.

BƏT nümayəndələri qurumun konvensiya və tövsiyələrinə Azərbaycan həmkarlar ittifaqlarının önəm verdiyini, tərəfdaşlığın daha da genişlənəcəyinə əminliklərini vurğulayıblar.

Tərəflər 2025-2026-cı illər üçün əməkdaşlığa, o cümlədən əməyin təhlükəsizliyi, sosial dialoq, əmək prosesində qadınların və gənclərin hüquqlarının artırılması və "yaşıl" iş yerlərinin yaradılmasının təşviqi barədə müzakirələr aparıb, səslənən təkliflər barədə fikirlərini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri