Icma.az
close
up
RU
AHİK nümayəndələri Cenevrədə bir sıra görüşlər keçirdi Fotolar

AHİK nümayəndələri Cenevrədə bir sıra görüşlər keçirdi Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası çərçivəsində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti bürosunun (ACTRAV) direktoru Maria Helena Andre ilə görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqları sistemində görülən işlər, işçilərin əmək hüquqlarının effektiv müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.

Bildirilib ki, fəaliyyətini müasir çağırışlar, trendlər əsasında quran Konfederasiya tərəfindən hərtərəfli islahatlar aparılır, yeniliklər tətbiq olunur, layihələr icra edilir.

“2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”na dair Azərbaycanla BƏT arasında tərəfdaşlıqdan bəhs edən Konfederasiya sədri sosial dialoq, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təşviqi və dayanıqlı iqtisadiyyata ədalətli keçidin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Görüşlərdə BHİK və BƏT-lə əlaqələrin, hər iki beynəlxalq təşkilatın bəyannamələrinin, qərarlarının, eləcə də tövsiyələrinin həmkarlar ittifaqları üçün önəmi qeyd edilib.

BHİK-in baş katibi Luk Trianql və BƏT-ACTRAV-nin direktoru Maria Helena Andre Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini, aparılan islahatları yüksək qiymətləndirib, münasibətlərin səviyyəsindən razılıqlarını bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Görüşlərdə “yaşıl iqtisadiyyata” keçiddə ədalət prinsipinin qorunmasından bəhs olunub, ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da qəbul edilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyəti vurğulanıb.

Həmçinin görüşlərdə əməyin təhlükəsizliyi, qeyri-leqal iş yerləri ilə mübarizə, sosial dialoq, əmək prosesində qadınların və gənclərin hüquqlarının artırılması, eləcə də qarşılıqlı dəstək və birgə layihələr barədə müzakirələr aparılıb.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri