Icma.az
close
up
RU
Aİ, ABŞ, Rusiya və Çin arasında Mərkəzi Asiyanın təbii sərvətləri uğrunda mübarizə güclənir

Aİ, ABŞ, Rusiya və Çin arasında Mərkəzi Asiyanın təbii sərvətləri uğrunda mübarizə güclənir

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Aİ, ABŞ, Rusiya və Çin arasında Mərkəzi Asiyanın təbii sərvətləri uğrunda mübarizə güclənir

Son illər Avropa İttifaqı Mərkəzi Asiya ilə bağlı siyasətini gücləndirib. Brüsselin əsas diqqəti Mərkəzi Asiya dövlətlərinin təbii ehtiyatlarına, o cümlədən nadir faydalı qazıntı yataqlarına və region ölkələrindən keçən nəqliyyat dəhlizlərinə yönəlib. Bununla bağlı diqqəti cəlb edən önəmli bir məsələ Afrikadakı müstəmləkələrdən və faydalı qazıntılardan əli çıxan Fransanın Mərkəsi Asiya respublikalarında iqtisadi, siyası sahədə xüsusi fəallıq göstərməsi diqqəti cəlb edir. Makron bu məsələyə Avropa İttifaqı üzvlərini də cəlb edib. Buna da səbəb Makronun Mərkəzi Asiya ölkələrini təbii sərvətlərinin ələ keçirilməsi ilə bağlı təkbaşına heç nə edə bilməyəcəyini başa düşməsidir. Amma bu məsələdə Avropa İttifaqı üzvlərinin və ABŞ-ın bölgədə kifayət qədər təsirə malik olan Çin və Rusiya ilə necə mübarizə aparacağı məlum deyil. İstənilən halda bölgədən uzaqda yerləşən Qərb ölkələrinin və ABŞ-ın Çin və Rusiya ilə rəqabətə girə bilməsi heç də asan olmayacaq. Digər tərəfdən də Mərkəzi Asiyanın təbii sərvətlərinin Avropaya neçə və hansı yollarla daşınması məsələsi də xüsusi önəm daşıyır. Avropa İttifaqı hətta Mərkəzi Asiyada möhkəmlənsələr belə, bölgənin təbi sərvətlərini daşımaq üçünya Rusiya, ya da Xəzər vasitəsi ilə Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat marşrutundan istifadə etməyə məcbur olacaqlar. Rusiya ilə Aİ münasibətlərinin xoşagəlməz vəziyyətdə olduğunu nəzərə alanda Qərbin nəqliyyat marşrutu kimi Xəzər üzərindən istifadə etməyə məcbur olacağı istisna edilmir. Bunun üçünsə Azərbaycanın razılığı lazımdır. Azərbaycanla Aİ arasında Ermənistana görə münasibətlərin gərgin olduğunu nəzərə alanda Bakının Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" marşrutuna üstünlük verəcəyi şübhə doğurmur. Bunu Prezident İlham Əliyevin Çinə son səfəri və orada iki ölkə arasında imzaladığı anlaşmalar da bir daha təsdiq etməkdədir. Faktiki olaraq Azərbaycan beynəlxalq aləmdə əmələ gələn vəziyyəti nəzərə alaraq xarici siyasətində Çini özünün əsas strateji müttəfiqindən biri hesab edir. Azərbaycansız isə Aİ və ABŞ-ın Çinlə Mərkəsi Asiya uğrunda üstünlüyü ala biləcəyi inandırıcı görünmür.

Digər tərərfdən də Aİ-nin iştirakı ilə ilin aprelin 3-4-də Özbəkistanda keçirilən Aİ-Mərkəzi Asiya sammiti göstərdi ki, qurumun əsas məqsədlərindən biri Türk Dövlətləri Birliyinin üzv olan ölkələrlə Türkiyə və Azərbaycan arasında parçalanma salmaqdır. Sammitdə Aİ ilə Mərkəzi Asiya dövlətləri arasında əldə edilən razılığa əsasən Qərb bölgəyə 12 milyard dollar sərmayə qoyacaq. Bunun əvəzində tərəflər arasında imzalanan anlaşmaya əsasən Mərkəzi Asiya Respublikaları sammitdən az sonra Cənubi Kiprin müstəqilliyini tanıdılar və bununla da nonlar Şimali Kiprin maraqların Qərbin ayaqları altına atdılar. Bütün bunlar Azərbaycan və Türkiyə arasında təəssüf hissi ilə qarşılansa da məsələyə münasibətdə hər iki ölkə lideritəmkinli mövqe nümayiş etdiriblər. Aydın məsələdir ki, istənilən halda Türk Dövlətləri Birliyi arasında qarşıdurma salmaq cəhdi Fransa və onun müttəfiqi olan ölkələrə nəsib olmayacaq. Buna da səbəb qeyd etdiyimiz kimi Azərəbaycanın iştirakı olmadan Mərkəzi Asiyanın təbii sərvətlərinin Avropa bazarına çatdırılmasının mümkün olmamasıdır. Bu baxımdan Aİ-nin təxribat xarakterli düşmənçiliyi ilə bağlı TDB-yə üzv dövlətlər arasında əmələ gələn anlaşılmazlıqların yaxın zamanlarda aradan qaldırılacağı şübhə doğurmur.

Aİ və ABŞ-ın, Mərkəzi Asyanın faydalı yeraltı qazıntılar və bölgədə təsir dairəsi uğrunda mübarizədə Rusiya və Çinlə rəqabət aparmalı olacaqlar. Artıq heç kəsə sirr deyil ki, faktiki olaraq Çin Mərkəzi Asiya bazarında Rusiyanı sıxışdırıb və bölgədə, xüsusi ilə Qazaxıstanda güclü iqtisadi və siyasi təsirə malikdır. Bölgə dövlətlərinin sammitdə Avropa ilə sıx əlaqələr qurmalarına və və onlarla iqtisadi baxımdan önəm daşıyan anlaşmlar imzalamalarına baxmyaraq Çinə arxa çevirə biləcəkləri də inandırıcı görünmür. Çünki artıq beynəlxalq aləmdə hər hansı məsələyə münasibəttdə Çinin istər iqtisadi, istər siyasi, istərsə də hərbi maraqlarını nəzərə almamaq mümkün deyil.

Aİ-nin özü də ümumiyyətlə Çinlə rəqabətə girməyə qadir deyil. Belə ki, Aİ nadir torpaq metallarının hasilatı və emalı sahəsində inhisarçı mövqeyə malik olan Çindən asılıdır.

Çinin kritik mineral bazarlarındakı üstünlüyü, proteksionist siyasətlər və ya birbaşa tədarükün kəsilməsi ilə təchizat zəncirlərinə təsir göstərmək qabiliyyəti ilə birlikdə bu resurslardan asılı olan Aİ və ABŞ sənayeləri üçün problem yaradır. Bu, elektronika və bərpa olunan enerji texnologiyalarına, eləcə də müdafiə sistemlərinə aiddir. Aİ ölkələrinin Pekindən tədarük zəncirindən asılılığının strateji nəticələri iqtisadi mülahizələrdən kənara çıxır və onları milli təhlükəsizlik problemləri ilə üz-üzə qoyub.

Qazaxıstanda, Qaraqanda vilayətində ehtiyatları 20 milyon ton hesab edilən nadir torpaq metallarının dünyanın ən böyük yataqlarından biri aşkar edilməsi Aİ-ni özünə maqnit kimi cəlb edib. Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin məlumatına görə, yataqda "təxminən 1 milyon tona yaxın serium, lantan, neodim və itrium - smartfonlar, rəqəmsal kameralar və sərt disklərin istehsalında istifadə olunan əsas elementlər" var. Yayılan məlumata görə, "yataqların dərinliyi 300 m-ə çatır, nadir torpaq elementlərinin orta miqdarı isə ton başına 700 qr təşkil edir. Hesablamalar təsdiqlənərsə, Qazaxıstan bu strateji əhəmiyyətli ehtiyatların ehtiyatlarına görə dünyada üçüncü yeri tuta biləcək".

Çin də nadir torpaq ehtiyatlarına görə 44 milyon tonla birinci yerdədir və eyni zamanda ən böyük istehsalçı və istehlakçıdır, ABŞ isə 2,4 milyon tonla ikinci yerdədir. Bununla yanaşı, Qazaxıstan qeyd edir ki, hasilat üsulu ilə bağlı olanlar da daxil olmaqla hasilatın mümkünlüyünü müəyyən etmək üçün açıq yatağı öyrənmək lazımdır. Aİ Qazaxıstandakı bu yatağı istismar etməklə nadir faydalı qazıntılar sahəsində Çindən asılılığı azaltmaq istəyir. Ancaq Aİ-nin buna nail ola bilcəyi inandırcı görünmür. Çünki Çin kimi nəhənc birr dövlətlə rəqabət aparmaq və onun qarşısında tab gətirmək çətin ki, Aİ-yə nəsib olsun.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 16 May 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see158

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see146

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see146

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see139

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see136

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see123

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see120

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see119

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see118

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see118

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see117

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri