Icma.az
close
up
RU
İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Roma, 30 sentyabr, AZƏRTAC

İtaliya bütün tərəfləri ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının yaydığı məlumatda deyilir.

İtaliya hökumətinin uzun müddətdir ki, Qəzzada müharibənin dayandırılması və girovların azad edilməsi üçün bütün səyləri dəstəkləməyə sadiq olduğu bildirilən məlumatda qeyd olunur: “Döyüş əməliyyatlarına son qoyulması həm də Qəzza zolağının mülki əhalisinə təsir edən dəhşətli humanitar böhranın, tamamilə əsassız və qəbuledilməz faciənin həlli üçün vacibdir. ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi plan bu prosesdə dönüş nöqtəsi ola bilər və hərbi əməliyyatların daimi dayandırılmasına, bütün girovların dərhal azad edilməsinə və mülki əhalinin tam və təhlükəsiz humanitar yardıma çıxışına imkan verə bilər. İtaliyanın alqışladığı bu plan regional tərəfdaşların tam iştirakı ilə Qəzza zolağının sabitləşdirilməsi, yenidən qurulması və inkişafı üçün iddialı təklifdir. Bu kontekstdə İtaliya ABŞ, Avropa tərəfdaşları və regionla sıx koordinasiyada öz rolunu oynamağa hazırdır və Prezident Trampa vasitəçilik və Yaxın Şərqə sülh gətirmək səylərinə görə, təşəkkür edir. İtaliya bütün tərəfləri bu fürsətdən istifadə etməyə və planı qəbul etməyə çağırır. Xüsusilə HƏMAS girovları azad etməklə, Qəzzanın gələcəyində heç bir rolu olmaması ilə razılaşmaqla və tamamilə tərksilah olmaqla müharibəni bitirmək imkanına malikdir. İtaliya rəsmi Vaşinqtonun dinc və firavan birgə yaşayışa aparan siyasi yolda razılığa gəlmək üçün İsrail və Fələstin arasında dialoqu yeniləmək səylərini dəstəkləyəcək. Yaxın Şərqdə ədalətli və davamlı sülh, İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yan-yana yaşaması və İsrailin ərəb və İslam xalqları ilə tam normallaşması ilə mümkündür”, - deyə məlumatda bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 03:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri