Aİ də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
Icma.az, Azertag saytına istinadən bildirir.
Brüssel, 16 iyun, AZƏRTAC
Avropa İttifaqında elektrik skuterlərinin istifadəsi sürətlə artsa da, bu sahədə vahid hüquqi çərçivənin olmaması narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, ekspertlər və nəqliyyat təhlükəsizliyi təşkilatları Aİ-ni bütün üzv ölkələr üçün ümumi standartlar hazırlamağa çağırırlar. Məqsəd təhlükəsizliyi artırmaq, istifadə qaydalarını aydınlaşdırmaq və fərqli milli tələblərdən yaranan problemləri aradan qaldırmaqdır.
Təkliflər arasında skuterlər üçün maksimal 20 km/saat sürət həddi, daha effektiv əyləc sistemləri, məcburi işıqlandırma və xəbərdarlıq siqnalları yer alır. Həmçinin bəzi ekspertlər minimum yaş həddinin müəyyənləşdirilməsini və qoruyucu dəbilqədən istifadəni tövsiyə edirlər.
Mütəxəssislər hesab edirlər ki, vahid qaydalar həm istifadəçilərin, həm piyadaların, həm də şəhər infrastrukturunun təhlükəsizliyinə müsbət təsir göstərəcək və mikromobillik xidmətlərinin davamlı inkişafını təmin edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 16 İyun 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















