Elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.
"Cebheinfo.az" Report-a isitnadən xəbər verir ki, bu çərçivədə energetika sahəsində tətbiq edilən normativ hüquqi aktlara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması planlaşdırılır.
Məqsəd tənzimləyici və inzibati məhdudiyyətlərin aradan qaldırılması, elektrik nəqliyyatının istifadəsi üçün daha əlverişli mühitin formalaşdırılmasıdır.
Eyni zamanda, elektrikdoldurma infrastrukturunun inkişafı istiqamətində də addımlar atılır. Belə ki, elektrikdoldurma cihazları və bu sahədə istifadə olunan proqram təminatı üçün tələbləri müəyyən edən texniki reqlamentlərin hazırlanması, müvafiq standartların formalaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, "Vahid elektrikdoldurma xidməti platforması" informasiya sistemi ilə bağlı əsasnamə layihəsi hazırlanacaq.
Həmçinin elektrikdoldurma xidmətlərinin göstərilməsi qaydalarını müəyyən edən normativ hüquqi aktın hazırlanması da planlaşdırılır.
Digər istiqamətlərdən biri isə nəqliyyat vasitələrinin utilizasiyası sahəsidir. Bu sahədə cəlbediciliyin artırılması üçün mövcud vəziyyət təhlil ediləcək, qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçiriləcək.
Layihələr üzrə sənədlərin müvafiq qurumlarla cari ilin sonuna qədər hazırlanması nəzərdə tutulur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 03 Aprel 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















