Aİ dən süni intellektlə bağlı vacib qərar: 200 milyardlıq sərmayə ayrıldı KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyası (AK) Aİ-də süni intellektə investisiya üçün 200 milyard avronun səfərbər olunması təşəbbüsü ilə çıxış edir.
KONKRET.az xəbər verir ki, bunu AK rəhbəri Ursula fon der Leyen Parisdə keçirilən süni intellekt sammitində çıxışı zamanı deyib:
“İnvest Aİ” təşəbbüsünü burada elan etməkdən məmnunam. Biz Avropaya 200 milyard avro sərmayəni səfərbər etməyi hədəfləyirik. Bu, etibarlı süni intellekt inkişaf etdirmək üçün dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı olacaq”.
Onun sözlərinə görə, bu vəsait Aİ-də süni intellekt üzrə nəhəng fabrikaların yaradılmasına sərf olunacaq:
“Tədqiqatçılar, sahibkarlar və investorlar güclərini birləşdirə biləcəklər. Dünyanın hər yerindən istedadlar qəbul olunur. Sənayelər əməkdaşlıq edə və məlumatlarını birləşdirə biləcəklər. Biz onlar üçün təhlükəsiz yer yaradırıq. Çünki süni intellektin təkcə rəqabətə deyil, həm də əməkdaşlığa ehtiyacı var”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 11 Fevral 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















