Trampdan süni intellektlə bağlı TƏKLİF KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp süni intellekt anlayışının adlandırılması ilə bağlı maraqlı açıqlama verib. O, “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb.
KONKRET.az xəbər verir ki, bu barədə D.Tramp “Truth Social”da paylaşım edib.
““Fox News” və “The Wall Street Journa”l heç vaxt super intellekt (SI) ifadəsindən istifadə etmirlər. Onlar hər fürsətdə Süni İntellekt (AI) ifadəsini işlətməyə çalışırlar. Amma eybi yoxdur, çünki super intellekt həmişə süni intellekt üzərində üstünlük qazanacaq. Bu, daha dəqiq addır – söhbət süni deyil, super olan intellektdən gedir!” – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp teleaparıcı Şennon Brimin bu anlayışı dəfələrlə “süni” adlandırmasını tənqid edərək, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) rəhbəri Pol Atkinsin yaxın vaxtlarda “Super Intelligence” ifadəsinin istifadəsini məcburi edə biləcəyini qeyd edib:
“Şennon Brim onun süni intellekt (AI) adlandırdığı mövzu ilə bağlı veriliş aparır. O, dönə-dönə “süni” sözünü işlədir. Kimsə, zəhmət olmasa, ona izah edə bilərmi ki, söhbət süni intellektdən deyil, super intellektdən gedir və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkins tezliklə bu terminin istifadəsini məcburi edəcək. O da mənim kimi dildə dəqiqliyə böyük əhəmiyyət verir!”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















