AI dən Türkiyəyə vizalarla bağlı inqilabi razılaşma
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyası Türk vətəndaşları üçün inqilabi sayılacaq bir razılaşmanı qəbul edib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası 2025-ci il iyulun 15-də qəbul etdiyi qərarla, səyahət tarixi olan və aşağı risk profili daşıyan Türk vətəndaşları üçün mərhələli şəkildə çox girişli Şengen vizası tətbiqinə başlayıb.
Aİ Komissiyası tərəfindən yayımlanan qərarda bildirilir ki, daha əvvəl Şengen bölgəsinə giriş-çıxışlarını qaydalara uyğun şəkildə həyata keçirmiş Türk vətəndaşlarını əhatə edən bu yeni tətbiq, Aİ üzvü ölkələrin risk yaradacaq müraciətlərə fokuslanmasına şərait yaradacaq, konsulluqlarda viza müraciətlərinin yaratdığı yükü yüngülləşdirəcək və Türk vətəndaşları üçün müəyyən asanlıqlar gətirəcək qismən bir dəyişiklik nəzərdə tutur.
Sistem çərçivəsində 6 aydan 5 ilə qədər etibarlılıq müddəti olan vizaların verilməsi mümkün olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 İyul 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















