Icma.az
close
up
RU
Aİ Türkiyəyə qərəzli münasibətini dəyişmir

Aİ Türkiyəyə qərəzli münasibətini dəyişmir

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Aİ-nin genişlənmə siyasəti üzrə komissarı Marta Kos Ankaraya səfəri öncəsi belə deyib.
“Ankaraya səfərim etimadın bərpası və iqtisadi əlaqələrimizi hər iki tərəf üçün daha faydalı etmək yollarını tapmaq məqsədi daşıyır. Aİ-nin Türkiyə ilə münasibətlərə yeni nəzər salması lazımdır, lakin danışıqları yenidən başlamaq planları yoxdur”, – avrokomissar “Politico”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, səfərin əsas məqsədi “Türkiyə ilə güclü tərəfdaşlıq qurmaq” olacaq. Xanım Kosun fikrincə, Ukraynada sülh Avropa reallıqlarını, xüsusən də Qara dəniz regionunda dəyişəcək və buna görə də Ankara Brüssel üçün “çox vacib tərəfdaşa çevriləcək”.
Bundan əlavə, Avropa Komissiyası (AK) fevralın 6-da Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqazla “Regionlararası Əməkdaşlıq Gündəliyinin irəlilədilməsi” adlı tədqiqat planını təqdim etməyi planlaşdırır. Tədqiqatda digər məsələlərlə yanaşı, regionlar arasında nəqliyyat və ticarət dəhlizlərinin inkişafı üçün lazım olan sərmayələr təsvir ediləcək.
Türkiyənin Aİ-dəki səfiri Yaprak Balkan, öz növbəsində, ölkəsi ilə birlik arasında münasibətlərin “ortaq maraqlar üzərində qurulacağına” ümid etdiyini bildirib. O, həmçinin vurğulayıb ki, Türkiyənin Aİ-yə daxil olması bu münasibətlərin “yol göstərən ulduzu” kimi qalır.
Amma Ukraynanın sürətli şəkildə Aİ-yə daxil olması üçün dəridən-qabıqdan çıxan avrobürokratiya, görünür, bu məsələdə Türkiyəyə qarşı qərəzli mövqeyini dəyişmək fikrində deyil. Elə Marta Kosun Ankaraya səfəri öncəsi verdiyi bəyanat da bunu sübut edir. Beləliklə, bir daha aydın olur ki, Brüssel bürokratiyası Türkiyəyə yalnız və yalnız Aİ-nin maraqlarının reallaşdırılması üçün əlverişli vasitə kimi baxır.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Fevral 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri