Aİ Fransanın tələb etdiyi 16,2 milyard avro ilə bağlı qərar verdi
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyası Fransanın "SAFE" (Security Action for Europe) proqramı çərçivəsində istədiyi 16.2 milyard avroluq vəsaitin yalnız 15.1 milyard avrosunu təsdiqləyib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Maliyyənin kəsilməsinə səbəb rəsmi Parisin özünün israr etdiyi sərt meyarlar olub. Fransa istehsal olunan məhsulların dəyərinin 65 faizinin Aİ-yə aid olmasını, üçüncü ölkələrin payının isə 35 faizlə məhdudlaşdırılmasını tələb edirdi. Lakin Böyük Britaniya tərəfdaşları ilə birgə idarə olunan fransız layihələri, xüsusilə "Storm Shadow/Scalp" raketlərini istehsal edən "MBDA" birgə müəssisəsi də bu sərt qaydaların qurbanı olub.
Böyük Britaniya proqramda iştirak üçün Parisin tələb etdiyi 6 milyard avrodan çox vəsaiti ödəməkdən imtina edərək Aİ ilə maliyyə sazişi imzalamayıb. Nəticədə britaniyalı tərəfdaşların yer aldığı Fransa layihələri meyarlara cavab vermədiyi üçün güzəştli kreditlərdən məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 05 İyul 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















