Icma.az
close
up
RU
Fransanın 44 təşkilatı hökumətdən Aİ MERCOSUR razılaşmasının qarşısını almağı tələb edir

Fransanın 44 təşkilatı hökumətdən Aİ MERCOSUR razılaşmasının qarşısını almağı tələb edir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paris, 28 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə MERCOSUR (Cənubi Amerika ölkələrinin iqtisadi ittifaqı) arasında imzalanması planlaşdırılan azad ticarət sazişi ilə bağlı Fransa daxilində gərginlik artır.

AZƏRTAC xəbər verir ki, 44 ictimai təşkilat və həmkarlar ittifaqı, eləcə də “Confederation Paysanne”, CGT, “Greenpeace” və “France Nature Environnement” (FNE) kimi həmkarlar ittifaqları Fransa Prezidenti Emmanuel Makrona açıq məktub göndərərək, ölkənin mövqeyini aydınlaşdırmağa və sazişin təsdiqini bloklamağa çağırıblar.

Bu çağırış Fransa rəhbərliyinin son aylarda sazişə münasibətin dəyişdiyi bir vaxtda edilib. Fevral ayında Makron Kənd Təsərrüfatı Sərgisi zamanı Aİ-MERCOSUR razılaşmasını “pis sənəd” adlandırıb, həmçinin onun ratifikasiyasını dayandırmaq üçün Aİ daxilində “bloklama azlığı” yaratmağa çalışdığını deyib. Lakin oktyabrın sonlarında Makronun bəyanatları daha yumşaq səslənib. O bildirib ki, Avropa Komissiyasının təqdim etdiyi yeni düzəlişlər doğru addımdır, çünki onlar Avropa istehsalçılarını və istehlakçılarını qorumağa yönəlib. Bu açıqlama, sazişə qarşı çıxan təşkilatlarda ciddi narazılıq yaradıb. Onların fikrincə, Fransa hökuməti öz qırmızı xəttindən geri çəkilir və bu düzəlişlər mahiyyət etibarilə heç nəyi dəyişmir.

Təşkilatlar bugünkü məktublarında Yelisey sarayından gələn yumşaq reaksiyalara görə dərin narahatıq və çaşqınlıq içində olduqlarını yazıblar. Onların məktubu Baş nazir Sebastyən Lökornüyə və bir neçə nazirə də göndərilib.

Kənd təsərrüfatı assosiasiyaları Avropa Komissiyasının MERCOSUR razılaşması ilə bağlı qoruyucu mexanizmlərini müvəqqəti və qeyri-effektiv hesab edirlər. Onların fikrincə, bu tədbirlər Braziliya, Argentina, Uruqvay və Paraqvaydan gələcək ucuz məhsul axınını dayandıra bilməyəcək.

Cari ilin aprel-iyun aylarında aparılmış “Cevipof” və “Agro Toulouse” sorğusuna əsasən, Fransadakı fermerlərin 80 faizi Aİ-MERCOSUR azad ticarət razılaşmasını Fransa kənd təsərrüfatına ciddi təhdid kimi qiymətləndirir. Onların narahatlığı əsasən ucuz ət və soya idxalı, həmçinin ekoloji standartlara əməl olunmaması ilə bağlıdır.

Avropa Komissiyası MERCOSUR sazişinin dekabrın 19-da imzalanmasını planlaşdırır. Almaniya kansleri Fridrix Mersin sözlərinə görə, bu tarix yalnız Aİ-nin 27 üzvünün yekun razılığı halında qüvvəyə minəcək. Lakin Fransanın mövqeyi hələ də qeyri-müəyyəndir. 44 təşkilatın məktubunda qeyd olunur ki, 2024-cü ilin dekabrından bəri sənədin məzmununda heç bir əsas dəyişiklik edilməyib, buna görə də Fransa hökumətinin yumşalan mövqeyi izaholunmazdır. Hazırkı vəziyyətdə Emmanuel Makronun “açıq dəstəyi” və ya “bloklama təşəbbüsü” arasında verəcəyi qərar Aİ-MERCOSUR sazişinin taleyini müəyyən edəcək əsas amil kimi dəyərləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see402

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see252

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see200

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see199

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see183

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see175

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see160

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see150

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri