Icma.az
close
up
RU
Aİ Gürcüstanı itirdiyi üçün Ermənistandan bərk yapışır İRƏVANA YARDIM 2.5 MİLYARDA ÇATDIRILIR

Aİ Gürcüstanı itirdiyi üçün Ermənistandan bərk yapışır İRƏVANA YARDIM 2.5 MİLYARDA ÇATDIRILIR

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı (Aİ) Ermənistanla əməkdaşlığı genişləndirərək ölkəyə ayrılan investisiyanın həcmini 2,5 milyard avroya çatdıracaq.  

Gununsesi.info xəbər verir ki, bu barədə iyulun 14-də Aİ Şurasının Prezidenti Antoniu Koşta, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra məlumat verilib.

Brüsseldə baş tutan görüşdə Aİ ilə Ermənistan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Aİ rəhbərləri Ermənistanın suverenliyi, ərazi bütövlüyü və demokratik islahatlarını dəstəklədiklərini bəyan ediblər.

Paşinyanın rəhbərliyi ilə aparılan islahatların yüksək qiymətləndirildiyi vurğulanıb.

Görüş zamanı Aİ və Ermənistan arasında Yeni Tərəfdaşlıq Gündəminin mətninə dair əldə olunmuş siyasi razılaşma xüsusi qeyd olunub. Viza liberallaşdırılması sahəsində irəliləyiş və Ermənistan parlamentində qəbul edilmiş “Avropa İnteqrasiyası prosesinin başlanması haqqında” qanun da tərəflərin məmnuniyyəti ilə qarşılanıb.

Bundan başqa, Aİ Ermənistanın dayanıqlılıq və uzunmüddətli inkişafını dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.

Bildirilib ki, “Qlobal Qapı” (“Global Gateway”) strategiyası çərçivəsində Aİ-nin Ermənistana ayırdığı investisiyalar 2,5 milyard avroya çatacaq.

2024-cü ilin aprelində elan olunan və 270 milyon avro həcmində olan Dayanıqlılıq və İnkişaf Planı Aİ-nin Ermənistana maliyyə yardımını 50 faiz artırıb. Bu vəsaitin 200 milyon avrosu qrant, 70 milyon avrosu isə investisiyaları stimullaşdırmaq üçün nəzərdə tutulub. Plan iqtisadi islahatların davam etdirilməsi, enerji, nəqliyyat və özəl sektor sahələrinə investisiya qoyuluşunu dəstəkləyir.

Siyasi şərhçi Elçin Rüstəmli Gununsesi.info-ya deyib ki, Avropa İttifaqının Ermənistana dəstəyi artırması bu ölkəyə xüsusi münasibətə görə deyil:

”Avropa İttifaqı Gürcüstanın timsalında son zamanlar Cənubi Qafqazda fərqli durumla üzləşib.

Gürcüstan hökumətinin avrointeqrasiya kursundan sapması Avropa İttifaqı üçün pis nəticə oldu.

Ermənistan isə Avropaya inteqrasiyanı rəsmi dövlət siyasəti olaraq seçib. Ona görə də bu ölkəyə ciddi dəstək var. Aİ Gürcüstanda itirdiyini Ermənistanda qazanmaq istəyir”.

Elçin Rüstəmli deyir ki, Aİ bu siyasəti ilə Ermənistanın gələcəkdə Rusiyaya yaxınlaşmaq ehtimalını da aradan qaldırmış olur:”Bu yaxınlaşmanın bizim üçün üstün tərəfi odur ki, sülh sazişi prosesi Rusiyanın nəzarəti və istəyi ilə getmir”.

Günay Mahiqızı

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri