Icma.az
close
up
RU
Aİ Kiyevi xəbərdar etdi: NABU nun müstəqilliyi bərpa olunmasa...

Aİ Kiyevi xəbərdar etdi: NABU nun müstəqilliyi bərpa olunmasa...

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı diplomatik kanallar vasitəsilə Ukrayna hökumətinə xəbərdarlıq edib: əgər parlament 12414 saylı qanun layihəsinin mübahisəli müddəalarını tamamilə ləğv etməsə, Aİ Kiyevə maliyyə yardımını dayandıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ekonomichna Pravda” hökumət və Ali Rada mənbələrinə istinadla məlumat yayıb.

"Evropravda” da Aİ strukturlarından bu məlumatı təsdiqləyib.

Aİ rəsmiləri ehtimal edirlər ki, 31 iyul cümə axşamı Rada iclasında deputatlar NABU (Milli Antikorrupsiya Bürosu) və SAP-ın (Xüsusi Antikorrupsiya Prokurorluğu) müstəqilliyini bərpa edən qanun layihələrini ya qəbul etməyəcəklər, ya da sənədə bu bərpanı yarımçıq edən dəyişikliklər edəcəklər.

"Ekonomichna Pravda” yazır ki, 24 iyulda Aİ nümayəndələri baş nazirin müavini Yuliya Sviridenko hökumətinə diplomatik kanallar vasitəsilə "Ukraynaya bütün maliyyə yardımının dayandırılması” ilə bağlı xəbərdarlıq göndəriblər. Mənbələrdən biri bildirib: "Hamı vəziyyət düzələnə qədər prosesi pauzaya saldı”.

Aİ rəsmilərindən biri "Evropravda”ya məlumatı təsdiqləyərək bildirib:

"Bəli, Aİ Kiyevi xəbərdar edib. Əgər qanun qəbul olunmasa, Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşən ERA proqramı çərçivəsində kreditlər verilməyəcək. Biz bu yardımları sadəcə dayandıracağıq. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EIB) da maliyyə axınını da dayandırılacaq”.

Eyni zamanda bildirilir ki, Ukraine Facility proqramı üzrə ödənişlərin dondurulması gözlənilmir. Bu proqram çərçivəsində Ukrayna struktur islahatlarına uyğun olaraq makromaliyyə yardımı alır. Bir neçə gün əvvəl Aİ bu proqram üzrə dördüncü tranşı təsdiqləyib, lakin gözlənilən 4,5 milyard avro əvəzinə cəmi 3,05 milyard avro ayrılıb. Bu da islahatların yerinə yetirilməməsi ilə bağlıdır. Qeyd olunur ki, bu vəsaitlər dondurma qərarına daxil edilməsə də, gələcək tranşlar da islahatların gecikməsi halında azaldıla bilər.

Bundan əlavə, Büdcə və İqtisadi Təhlükəsizlik Bürosuna (BƏB) rəhbərin açıq müsabiqə əsasında təyin olunması məsələsi də Aİ-nin gündəmindədir.

Brüssel vurğulayır ki, Ukrayna korrupsiyaya qarşı islahatların geriyə atıldığı ötən həftənin nəticələrini ləğv etməsə, bunun ağır nəticələri olacaq.

Xatırladaq ki, iyul ayında Aİ-nin Ukraynanın Avropa inteqrasiyası üzrə müsbət qərarlarına baxmayaraq, Kiyev antikorrupsiya institutlarına qarşı hücuma keçib və bu, geniş tənqidlərə səbəb olub.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri