Icma.az
close
up
RU
Aİ Kiyevi 1,5 milyard avrodan məhrum edir...

Aİ Kiyevi 1,5 milyard avrodan məhrum edir...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin ciddi təzyiqləri üz-üzə qalıb. Belə ki, Avropa İttifaqı Zelenskinin antikorrupsiya xidmətlərinə qarşı təzyiqləri fonunda Ukrayna üçün ayırdığı yardımın bir hissəsini dayandırıb. “The New York Times” (NYT) qəzetinin məlumatına görə, Zelenskinin korrupsiya ilə mübarizəyə yanaşması Ukraynada hökumət əleyhinə etirazlarla qarşılanıb və bu, Avropa İttifaqının Kiyevə ayırdığı maliyyə yardımının səngiməsinə səbəb ola bilər. Qəzetin məlumatında bildirilir ki, Aİ Kiyevə nəzərdə tutulan 4,5 milyard avroluq yardımın 1,5 milyard avrosunun kəsilməsi barədə qərar qəbul edib - Vəsaitin ayrılması yaxşı idarəetmə standartlarına nail olmaqdan asılıdır və bu vəsait hərbi satınalmalar üçün istifadə oluna bilməz. Qəzet qeyd edib ki, Ukraynanın dövlət başçısı son addımlarından geri çəkilərsə, maliyyələşdirmə bərpa oluna bilər. Nəşr, həmçinin xatırladıb ki, Aİ  bu yardım mexanizmini - Ukraynaya Yardım Fondunu keçən il yaradıb və müharibənin vurduğu ziyanı aradan qaldırmaq və ölkəni Aİ-yə üzv olmağa hazırlamaq üçün üç il ərzində 50 milyard avro ayırmağı vəd edib. Avropa Komissiyasının sözçüsü Guillaume Mercier bildirib ki, Ukrayna 16 meyardan üçünə əməl etməməsinə, o cümlədən ixtisaslaşdırılmış antikorrupsiya məhkəməsinə hakimlər təyin etməməsinə baxmayaraq, iyun ayında vəsait tələb edib. Ukrayna hakimiyyətinin antikorrupsiya agentliklərinə qarşı atdığı addımlara etiraz edən xarici liderlər arasında Böyük Britaniyanın baş naziri Kir Starmer də olub - o, Zelenskiyə zəng edərək məsələni müzakirə edib.
Qeyd edək ki, iyunun 22-də Ukrayna Parlamenti - Ali Rada  Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAPO) bütün müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun layihəsini dəstəkləyib. Zelenski daha sonra qanun layihəsini imzalayıb. Bu qanun layihəsinə görə, hər iki strukturun səlahiyyətləri birbaşa Baş Prokurorluğa verilir.

Zelenski geri çəkildi

Zelenskinin antikorrupsiya ilə bağlı qanun layihəsinə imza atmasından sonra Ukraynanın bir çox şəhərlərində genişmiqyaslı etirazlar baş qaldırdı. Bir sıra qeyri-hökumət təşkilatları, o cümlədən müxalif siyasi partiyalar belə bir qanun layihəsini qəbuledilməz hesab edirlər. Daxili təzyiqlərlə yanaşı, Zelenski üzərində xarici təzyiqlər də artmaqdadır - Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri Zelenskini bu qərarından geri çəkilməyə çağırıblar. “Bloomberg” agentliyinin məsələ ilə bağlı məqaləsində qeyd olunur ki, Zelenski prezident kimi vəzifəsini icra etmək istəyirsə, bu qərarını ləğv etməlidir Çünki, korrupsiyaya qarşı bu cür mübarizə üsulları Zelenskinin qəhrəmanlıq imicini sarsıda bilər. Agentlik, həmçinin xatırladıb ki, Ukrayna prezidentinin reytinqi təxminən 25 faizə düşüb.  Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Qərb dövlətləri Zelenskinin Ukraynanın antikorrupsiya agentliklərinə qarşı hərəkətlərinə görə ondan çox məyus olublar. Təbii ki, bütün bunların fonunda  - daxili və xarici təzyiqlər nəticəsində Zelenski hakimiyyəti geri çəkilmək məcburiyyətində oldu. Artıq Ukrayna parlamentində NABU-ya və SAP-a müstəqilliyin qaytarılmasını nəzərdə tutan qanun layihəsini qeydə alıblar. Ali Radanın komitə rəhbəri Yaroslav Yurçişin yerli mətbuata açıqlamasında bildirib ki, müxtəlif fraksiyalardan olan 48 deputatın imzası ilə NABU və SAP-a müstəqilliyin qaytarılması haqqında qanun layihəsi
yaxın günlərdə səsverməyə çıxarılacaq.  

Qanun layihəsinin pərdəarxası

The New York Times, “Bloomberg” və “Financial Times” - dən fərqli olaraq, bəzi Qərb KİV-lərində ciddi əks-səda doğuran qanun layihəsi ilə bağlı maraqlı fikirlər səsləndirilir. Həmin KİV-lər bəzi Qərb ekspertlərinin fikirlərinə istinadən bildiriblər ki, Zelenski ABŞ Prezidenti Donald Trampın çağırışından sonra belə bir addım atmağa məcbur olub - Ağ Evin rəhbəri rəsmi Kiyevə Bayden administrasiyası dövründə Ukraynaya verilən 350 milyard yardımın haraya xərclənməsi barədə hesabatın hazırlanmasını tələb edir. Sözsüz ki, ABŞ prezidenti hər bir tələbində ciddidir. Kiyevdən müəyyən müddət ərzində cavabın verilməsini gözləyir. Ekspertlərin sözlərinə görə, Zelenski də bu problemi həll etmək üçün müxtəlif yolları nəzərdən keçirib - sonda isə bu cür qanun layihəsini Ali Radanın müzakirəsinə çıxarıb. Onlar belə bir fikir yürüdüblər ki, Zelenski hakimiyyəti belə bir hesabatın hazırlanmasını Milli Antikorrupsiya Bürosuna və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğa etibar etməyib - bu hesabatın birbaşa Baş prokurorluq tərəfindən icra olunmasını istəyib. Ona görə ki, Tramp administrasiyası dəqiq rəqəmlər üzərində hesabatın hazırlanmasını tələb edir. Hazırda Zelenski çıxılmaz bir vəziyyətdədir. Həm Trampın tələbi üzrə Bayden administrasiyası dövründə Ukraynaya verilən maliyyə yardımının hansı istiqamətlərə xərclənməsi barədə hesabatın hazırlanmasını təmin etməli, həm də Avropa İttifaqının çağırışlarını əməl etməlidir - şübhəsiz ki, bu gün Aİ-nin maliyyə yardımları Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Kiyev Aİ-nin iqtisadi və maliyyə yardımlarından məhrum olmaq istəmir.


Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri