Icma.az
close
up
RU
Aİ Maskın X ni 1 milyard cərimələyəcək “The New York Times”

Aİ Maskın X ni 1 milyard cərimələyəcək “The New York Times”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu fikirlər “The New York Times”da dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib. İddia olunur ki, Maskın şirkəti qanunsuz məzmun və dezinformasiya ilə mübarizəni nəzərdə tutan qaydaları pozub.
Milyarderlər Trampa görə bir günə 208 milyard dollar itirdilər Müəllif qeyd edib ki, əgər belə bir addım atılsa, açıq şəkildə Aİ-nin ABŞ ilə gərginliyi artıracaq. Çünki cərimə tətbiqi ABŞ prezidenti Donald Trampın ən yaxın məmur və dostlarından birinə qarşı yönəlir.
Məlumata görə, hazırda avropalı tənzimləyicilər Maskı 1 milyard dollardan çox cərimə etməyi planlaşdırırlar.
"Mənbələrimizin bildirdiyinə görə, təklif olunan cəza tədbirlərinə cərimələrlə yanaşı "məhsulun dəyişdirilməsi" tələbləri də daxildir. Sanksiyaların bu yay elan ediləcəyi gözlənilir",- nəşr yazıb.
Qeyd olunub ki, 1 milyard formal rəqəmdir. Avropa səlahiyyətliləri Trampla gələcək antaqonizm risklərini qiymətləndirərkən hələ də "X"ə hansı cərimənin tətbiq olunacağını qərarlaşdırmayıblar. Mənbələrdən biri "cərimə 1 milyard dolları keçə bilər" deyib: "Bu, digər şirkətləri Rəqəmsal Xidmətlər Qanununu pozmaqdan çəkindirmək üçün bir nümunə olmalıdır".
Amma Aİ ilə "X"in cəriməsiz razılığa gəlməsi də mümkündür. Bunun üçün şirkət tənzimləyicilərin narahatlıqlarını təmin etməli, tələb olunan dəyişikliklərlə razılaşmalıdır.
İttifaqın rəsmisi "X" ilə bağlı yayılan xəbərlərə konkret şərh verməkdən imtina edib. O, ümumi fikirlər səsləndirərək deyib: "Biz həmişə qanunlarımızı ədalətli və ayrı-seçkilik qoymadan, qlobal qaydalara tam uyğun şəkildə tətbiq etmişik. Bunu Aİ ərazisində fəaliyyət göstərən bütün şirkətlərə şamil etmişik və tətbiq etməyə davam edəcəyik".
Aİ-də “X”ə qarşı təhqiqat 2023-cü ilin dekabrında başlayıb. Avropa Komissiyası şirkəti Rəqəmsal Xidmətlər Aktını (DSA) pozmaqda şübhəli bilir. Bu akt internet resursları operatorlarını məhkəmə qərarı olmadan Aİ-də qadağan edilmiş kimi işarələnmiş kontenti silməyə məcbur edir.
Tural Tağıyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Aprel 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri