Icma.az
close
up
RU
Aİ missiyası missiyasını unudub AÇIQLAMA

Aİ missiyası missiyasını unudub AÇIQLAMA

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqının "mülki missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə Aİ-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd avtomobil və Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “UAZ Patriot” markalı avtomobilin gəlməsi, 2-si hərbçi və 4-ü mülki şəxs olmaqla, ümumilikdə 6 nəfərin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb. Bundan öncə isə Avropa İttifaqının monitorinq “missiyası”nın nümayəndələri Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz mövqelərdə müşahidə aparıb, foto və video-görüntülər çəkiblər. Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a deyib ki, Ermənistandakı Aİ missiyası mövcud və fəaliyyətdə olduğu müddətdə Azərbaycandan qonşu ölkəyə qarşı hər hansı təhlükə və təhdidlə bağlı bir dənə belə olsun fakt aşkar edə bilməyiblər.

Ekspert vurğulayıb ki, Azərbaycanın belə bir niyyəti və fəaliyyəti yoxdur:

"Uzun illər ərazilərimizi işğal altında saxlayan, buna baxmayaraq müxtəlif ölkələrdən, o cümlədən Avropa İttifaqı üzvü olan ölkələrdən dəstək alan Ermənistandır. Bunu heç kim unutmamalıdır. Aİ missiyası özünü elə aparır ki, guya orada olmasalar, Azərbaycan girib Ermənistanı viran qoyacaq. Guya Ermənistan "sülhpərvər", "quzu" kimi bir ölkədir və bu missiya onların müqəddəsliyinin keşiyində durub. Reallıqda isə hamı bilir ki, bizim regionda ən təhlükəli ölkə Ermənistandır".

Həsrət Rüstəmov: Guya Ermənistan "sülhpərvər" ölkədir və bu missiya onların müqəddəsliyinin keşiyində durub

Analitik qeyd edib ki, bu ölkə yaşadığı və regiona yaşatdığı pis olaylardan hələ də dərs götürmək istəmir:

"Başqa tərəfdən yanaşsaq, Aİ missiyası guya sülhü möhkəmləndirməli, daha doğrusu bu iki ölkə arasında sülh sazişinin əldə edilməsinə kömək etməli idi. Görünən isə odur ki, onlar özlərini sülh yaratma missiyasından daha çox araqarışdırma funksiyasını həyata keçirən dəstə kimi aparırlar. Təəssüf ki, demokratiya və insan hüquqları məsələsində örnək qəbul etdiyimiz Avropa bizim regionda özünü ədalətli və bitərəf kimi aparmır".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri