Icma.az
close
up
RU
Aİ nin missiyası yenidən sərhədimizdə: Azərbaycan hansı addımları atacaq? AÇIQLAMA

Aİ nin missiyası yenidən sərhədimizdə: Azərbaycan hansı addımları atacaq? AÇIQLAMA

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə" missiyası Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.  Rəsmi Bakı bununla bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. 


Xəbərdarlıq xaricində Rəsmi Bakı bu fəaliyyətə qarşı hansı diplomatik addımları ata bilər?  


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siaysi şərhçi Kənan Novruzov bildirib ki, Aİ Azərbaycan ərazilərini göstərişli şəkildə müşahidə etməklə özünün destruktiv mahiyyətini bir daha ortaya qoymuş olur.


K.Novruzov qeyd edib ki, onlar dövlətimizi təxribata çəkməyə çalışırlar:


“İlk “missiya” yaradılanda Aİ ilə Azərbaycan arasında razılaşma olmuşdu, lakin ikinci dəfə olmadı. Bunun özü ən azı diplomatik etika qaydalarına uyğun deyil. Azərbaycanla razılaşdırılmadan Azərbaycan sərhədində içində hərbi və kəşfiyyat elementləri olmasına baxmayaraq, dırnaq arasında mülki deyilən “missiya” göndərilməsi onu göstərir ki, Aİ Azərbaycanla münasibətdə adekvat deyil, onun fikrini nəzərə almayaraq öz riyakar mövqeyini ortaya qoyur. Aİ-nin “missiyası” özünün ilkin mahiyyət və məramına təmamilə ziddir. Onlar regionda növbəti gərginliyə rəvac verilməsinə çalışırlar. Bu addımlar bilərək gərginlik yaratmağa, Azərbaycanla münasibətləri korlamağa, Azərbaycanın hansısa adekvat tədbir görməsinə və bundan sonra onların onsuz da davam edən “səlib yürüşləri”ni daha da gücləndirmələrinə hesablanıb”. 


Müsahibimizin sözlərinə görə, bu vəziyyətdə Azərbaycan müəyyən mənada soyuqqanlı davranmalıdır:


“Bəlkə də cavab verməmək ən yaxşı cavab olar. “Missiya”nın tərkibində olan kəşfiyyat elementləri vasitəsilə Ermənistana məlumatların ötürülməsi, bəlkə də Ermənistanın növbəti toqquşmaya hazırlaşdırılması mümkündür. İndiki məqamda Rəsmi Bakının ciddi bir tədbir görməyə ehtiyacı yoxdur. Azərbaycan onsuz da öz işini görür, müxtəlif səviyyələrdə Ermənistan və Aİ-nin regionla bağlı planları barədə məlumatı var. Şübhəsiz ki, preventiv tədbirlər də hazırlanır. Azərbaycan bütün ssenarilərə hazırdır. O baxımdan, indiki məqamda missiya ilə bağlı nə isə ciddi bir addım atmaq, əksinə bəlkə də ziyanımıza olar, Aİ-nin perspektivdə ölkəmizə qarşı əlini gücləndirər”.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri