Icma.az
close
up
RU
Aİ missiyası üçün yolun sonu

Aİ missiyası üçün yolun sonu

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” in paraflanması ilə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının fəaliyyətinin dayandırılmasının zəruriliyi yenidən gündəmə gəlib. Sənəddə vurğulanır ki, Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

Layihəyə əsasən, tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər. Beləliklə, Aİ-nin fəliyyətinin məqsədi bilinməyən missiyasının sərhədlərimizdə anlaşılmaz müşahidələr aparmaları ikitərəfli razılaşmaya əsasən mümkün olmayacaq, Ağ Evdə paraflanan saziş bunu hüquqi baxımdan mümkünsüz edir.

Makronun bədnam layihəsi

Heç kəsə sirr deyil ki, bu missiya Makronun bədnam layihəsi idi. Məqsəd də Aİ-nin, Qərbin  Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasiətləri gərginləşdirməkdir. Artıq iki tərəfin də qəbul etdiyi sülh gündəliyi var. Buna görə də Aİ missiyası fəaliyyətini dayandırmalıdlr.

Postmüharibə dövründə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan sülhyaratma prosesində indiki səviyyəyə çatılanadək bir sıra çətin mərhələlərdən keçilib, Ermənistanın və bu ölkəni dəstəkləyən qüvvələrin, o cümlədən də Fransa kimi dövlətlərin manipulyasiya cəhdlərinin qarşısını almaq lazım gəlib. Aİ missiyasının zamanında Ermənistanda yerləşdirilməsi də məlum qüvvələrin süh prosesini əngəlləmək cəhdlərindən biri idi. 2022-ci ilin oktyabrında Praqada baş tutan sammit çərçivəsində Ermənistan baş naziri Fransanın dəstəyi ilə iki ölkə arasındakı sərhədə Aİ-nin missiyasının göndərilməsini israr etdi. Sammitdə aparılan müzakirələrdən sonra Azərbaycanın razılığı əsasında Avropa İttifaqının qısamüddətli və məhdud tərkibli missiyasının Ermənistana göndərilməsinə qərar verildi. Həmin missiya üçün nəzərdə tutulan vaxt limiti 2022-ci ilin dekabrında tamamlandı. Bundan sonra Makronun təkidi ilə Ermənistan daha uzunmüddətli missiya istəyini gündəmə gətirdi və məlum adekvat qərar verildi. Bu dəfə missiyanın tərkibi 200 nəfərdək genişləndirildi və sonra daha bir neçə nəfər bu tərkibə əlavə edildi. Son dəyişikliklərə əsasən, missiyanın Ermənistanda qalma müddəti 2027-ci ilədək artırılıb.

Mülki, yoxsa hərbi missiya?

Aİ-nin Ermənistandakı mülki adlandırılan missiyası barədə söhbət açanda, adətən, dəqiqləşdirməyə zərurət yaranır: Mülki, yoxsa hərbi missiya? Şübhələrin məntiqi əsası var. Bəli, missiya avantürasındakı qaranlıq məqamların üzə çıxması üçün çox gözləmək lazım gəlmədi. Bəlli oldu ki, Ermənistana mülki missiya adı altında əslində hərbiləşdirilmiş dəstələr göndərilib. Həmin missiyanın tərkibində Fransanın və Almaniyanın xüsusi xidmət orqanlarının təmsilçilərinin yer alması bunu əyani şəkildə təsdiqləyir. Məsələn, missiyaya rəhbərlik edən Markus Ritter kimdir? Onun tərcümeyi-halı bu sualın ən yaxşı cavabıdır. Markus Ritterin dosyesinə nəzər salanda onun polis adı altında fəaliyyət göstərən təcrübəli kəşfiyyatçı olduğu üzə çıxır. Bu şəxs 2004-2005-ci illərdə Kosovoda BMT missiyasının qərargah rəisi, 2007-2008-ci illərdə BMT-nin Gürcüstandakı müşahidə missiyasının qərargah rəisi, 2012-2013-cü illərdə Aİ-nin Cənubi Sudanda proqramlaşdırma və əməliyyatlar missiyasının şöbə müdiri, həmçinin 2017-2019-cu illərdə Aİ-nin Bağdaddakı məsləhət missiyasının rəhbəri vəzifələrində çalışıb.  Aydındır ki, bu cür məsul tapşırıqların yerinə yetirilməsi xüsusi hazırlıq, kəşfiyyat bacarıqları tələb edir.

Aİ missiyasının “mülki” olmasına kölgə salan başqa bir məqama diqqət yetirək: Avropalı emissarlarla birgə fəaliyyətə cəlb olunanlar yerli personal da sırf hərbçilərdən ibarətdir. Belə ki, yerli personal, missiyayaya qoşulan məsləhətçilər qismində hazırda xidmətdə olan və yaxud  istefaya getmiş erməni zabitlər və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edirlər. Oların köməyi ilə missiyanın fəaliyyətinə Rusiyanın hərbi məktəblərində təhsil almış erməni hərbçilər cəlb olunur. Bütün bu kimi faktlar ortada ikən Ermənistanı dəstəkləyən Fransa kimi ölkələr və Aİ missiyasının rəhbərliyi riyakarlıq edərək kimi aldatmağa çalışırlar?  Axı yalanlarla uzağa getmək mümkün deyil.

Aİ-nin fəaliyyətində sual doğuran məqamlar

Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətində cavabı olmayan, suallar doğuran çoxsaylı məqamlar sadalamaq mümkündür.  Əvvəla, qərarda  missiyanın sərhəd ərazilərində fəaliyyət göstərəcəyi bildirilir. Burada söhbət hansı sərhədlərdən gedir? İndiyədək qalib Azərbaycan heç bir ilkin şərt irəli srmədən iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını təkid etsə də, bu proses yubanır. Bugünədək iki ölkə arasındakı sərhədlərin yalnız kiçik bir hissəsi delimitasiya və demarkasiya olunub. Dünya təcrübəsindən də bəlli olduğu kimi, bu, uzun sürən bir prosesdir. Əgər sərhədlər müəyyənləşdirilməyibsə, Aİ-nin missiyası hansı ərazilər boyunca müşahidələr aparır? Aİ-nin  tələm-tələsik regiona missiya göndərməklə bağlı qərar verməsi əvəzinə, sülhyaratma prosesində konstruktiv şəkildə iştirak etməsi daha yaxşı olmazdımı? Nə üçün özünü vasitəçi kimi sırımağa çalışan Makron həmişə qərəzli və birtərəfli mövqe tutub, separatizmə dəstək verən açıqlamalarla çıxış edib? Məhz Makronun və digərlərinin belə qərəzli yanaşmalarının nəticəsidir ki, Brüssel formatı iflasa uğradı və sülh prosesi Vaşinqton masasına daşındı. D.Trampın səyləri sayəsində onun vasitəçiliyi ilə sülhyaratma prosesində yeni mərhələ başlayıb, artıq tərəflər bir vaxtlar antaqonist görünən bütün bəndləri razılaşdırıblar və bundan sonra da gələcək fəaliyyətlərini bu çərçivədə həyata keçirəcəklər.

Başqa bir ziddiyyətli məqama diqqət yetirək. Mülki missiyanın üzərinə təhlükəsizliklə bağlı müəyyən öhdəliklər qoyulub. Beynəlxalq praktikada mülki missiyanın təhlükəsizlik məsələlərini araşdırmasına dair presedentlərə rast gəlinmir. Bu, xüsusi xidmət orqanlarının və yaxud hərbi qurumların fəaliyyət sferasına daxil olan bir məsələdir. Belə qənaət hasil olur ki, Aİ-nin Ermənistana göndərdiyi emissarlar “mülki missiya” adı altında fərqli fəaliyyət həyata keçirirlər. Yeri gəlmişkən, bununla bağlı zaman-zaman Azərbaycan və Rusiya öz narazılıqlarını ifadə ediblər. Bu narazılıqlar da ondan qaynaqlanır ki, missiya üzvlərinin qonşu dövlətlərə qarşı kəşfiyyat məlumatları toplayıb ötürmələrinə dair məlumatlar mətbuata məlum olub. Sonradan missiya sızdırlan məlumatları təkzib etməyib.

Mülki adlandırılan  missiya guya sərhədlər boyunca insidentlərin və əhali üçün risklərin azalmasına kömək edəcəkdi. Bu, riyakarlığın son həddi sayıla bilər. Azərbaycanın şərti sərhədlər boyunca təxribatlar törətmək kimi bir niyyəti yoxdur və heç vaxt bunu etməyib. İndiyədək yaşanan bütün gərginliklərin fitilini xaricdəki bəlli dairələr və Ermənistandakı ayrı-ayrı qüvvələr alovlandırıb.   Əgər Aİ münasibətlərində səmimidirsə, Ermənistana  missiya göndərmək qərarı verməzdən öncə bunu nəzərə almalı idi.

Missiyada mülki əməliyyat komandirindən bəhs olunur. Bu termin də absurdur və heç də xoş məramdan xəbər vermir.

Bu və bir sıra digər məqamları ümumiləşdirsək, yekun qənaəti ifadə edə bilərik. Aydın şəkildə  görünür ki, Ermənistana  Aİ-nin missiyasının göndərilməsi Makronun növbəti manipulyasiyadır və artıq buna son qoyulması məqamı yetişib. Son iki il yarımda missiya sülhyaratma prosesinə hansısa bir töhfə verməyib, öz fəaliyyətini “binokl diplomatiyası” sərgiləməklə başa çatmış hesab edib. Belə mövcudluq ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini xatırladır. Artıq de-fakto mövcud olmayan Minsk qrupu hüquqi baxımdan da tarixin toz basmış arxivinə göndərilir. Azərbaycan və Ermənistan qurumun de-yure ləğvi ilə bağlı ATƏT-ə müraciət ünvanlayıblar. İndi isə səhnəni tərk etmək, arzuolunmaz qonağın yola salınması növbəsi Aİ-nin Ermənistandakı missiyasına çatıb... 

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri