Icma.az
close
up
RU
Aİ nin Rusiya qazına qarşı qadağası başlandı

Aİ nin Rusiya qazına qarşı qadağası başlandı

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Bu gündən Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) qısamüddətli müqavilələr çərçivəsində Aİ ölkələrinə idxalına qoyulan qadağa rəsmi olaraq qüvvəyə minib.

Sitat.info  xəbər verir ki, Aİ Şurası yanvarın 26-da nəhayət, 1 yanvar 2027-ci ildən etibarən Aİ-yə Rusiya LNG tədarükünə, 30 sentyabr 2027-ci ildən isə boru kəməri qazı idxalına tam qadağa qoyan qərar qəbul edib. Qısamüddətli müqavilələr çərçivəsində LNG idxalına qoyulan qadağa 25 aprel 2026-cı ildən qüvvəyə minib, qısamüddətli boru kəməri qaz tədarükü müqavilələri 17 iyun 2026-cı ilə qədər tamamlanmalıdır.

TASS hesablamalarına görə, Rusiya 2025-ci ilin sonuna qədər Aİ-yə LNG idxalının dəyərində ABŞ-dan sonra 16,1 faiz payla ikinci yeri tutub. Rusiyanın 2025-ci ildə Avropaya ümumi tədarükü 38 milyard kubmetr təşkil edib ki, bunun da 20 milyard kubmetrindən bir qədər çoxu LNG olub.

2026-cı ilin birinci rübündə Rusiyanın Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükü artmaqda davam edərək təxminən 6,8 milyard kubmetrə çatıb. Yanvar və fevral aylarında Avropa Rusiyadan 1 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz alıb.

Qeyd edək ki, aprelin əvvəlindən Avropa qaz anbarlarının doldurulmasına başlayıb. İndiyədək anbarlara 3 milyard kubmetrdən çox qaz toplanıb. Onların dolumluluq səviyyəsi 31 faizə yaxındır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen İran münaqişəsi fonunda Avropada qazın fiziki çatışmazlığı yaransa belə, Rusiya qazına qarşı sanksiyaların aradan qaldırılmayacağını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Aprel 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri