Aİ nin 19 cu sanksiya paketinə Rusiyanın maye qazına qarşı tədbirlər daxil ediləcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı Rusiyaya təzyiqi artıracaq.
AZƏRTAC “İnterfaks”a istinadla xəbər verir ki, onun sözlərinə görə, bunun üçün nəzərdə tutulan əsas mexanizmlərdən biri Rusiyanın təbii maye qazına (LNG) qarşı tədbirləri əhatə edən 19-cu sanksiya paketi olacaq.
“Biz enerji daşıyıcıları, maliyyə xidmətləri və ticarət sahəsində sərt tədbirləri nəzərdə tutan yeni sanksiya paketi təklif etmişik”, – deyə Ursula Fon der Lyayen Avropa Komissiyası kollegiyasının NATO-nun Baş katibi Mark Rütte ilə təhlükəsizlik məsələlərinə dair görüşü ərəfəsində jurnalistlərə bildirib.
“Xüsusi məqam budur ki, Rusiyadan Avropa İttifaqı ölkələrinə maye qaz idxalına qadağa qoyulacaq”, – deyə Komissiya sədri vurğulayıb.


