“Aİ ölkələri Ermənistanda rusofobiya toxumu səpirlər”
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Avropa İttifaqı (Aİ) ölkələri cəmiyyətin fikrini manipulyasiya edərək və rusofobiya toxumu səpərək Ermənistanı qrantlarla və boş vədlərlə aldadırlar. Gürcüstanda olduğu kimi ona neoliberal yanaşma təlqin etməyə çalışırlar”.
Yeniavaz.com xəbər verir ki, bunu ötən gün, noyabrın 20-də brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Orada indi müşahidə missiyası yerləşdirdiklərini bilirsiniz və əslində bu, kəşfiyyat missiyasıdır — respublikanı özlərinin hərbi-siyasi orbitinə cəlb edirlər. Qısası, onlar rus və erməni xalqları arasında əsrlər boyu mövcud olmuş dostluğu məhv etmək istəyirlər. Və, əlbəttə, Cənubi Qafqaz ölkələrinə Avropa İttifaqının təklif etdiyi formula paradoksaldır. O, artıq açıq şəkildə aşağıdakı kimi formalaşdırılıb: Moldova və Ukraynanın nümunəsini izləyin — avrointeqrasiyaya qarşı iki reklam nümunəsini. Əslində, onların istədiyi məhz budur”, - Zaxarova bildirib.
Bu mövzuda digər xəbərlər:Qərbi Balkan ölkələri Aİ yolunda...
12 Fevral 2025 13:26
Ermənistanda qəzəb səviyyəsi: Dünya ölkələri içərisində ilk üçlükdə yer aldı
15 Oktyabr 2025 14:01
Aİ ölkələri Netanyahunu həbs etməyə borcludurlar
26 Noyabr 2024 13:28
Aİ ölkələri oyuncaq idxalına milyonlar xərclədi
05 Dekabr 2024 17:11
Aİ ölkələri ərazi baxımından müqayisə olunub
26 Avqust 2025 17:56
Baxış sayı:71
Bu xəbər 21 Noyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















