Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Qərbi Balkan ölkələri Aİ yolunda...

Qərbi Balkan ölkələri Aİ yolunda...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Danışıqlar uzun müddət davam etsə də, nəticə əldə olunmur

İtaliyanın paytaxtı Romada Avropa İttifaqına (Aİ) üzv bəzi dövlətlərin və Qərbi Balkan ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib. Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin sədrlik etdiyi görüşdə Bosniya və Herseqovina, Monteneqro, Serbiya, Şimali Makedoniya, Albaniya və Kosovonun, eləcə də “Qərbi Balkan ölkələrinin dostları” Qrupunun (İtaliya, Avstriya, Xorvatiya, Yunanıstan, Çex Respublikası, Slovakiya və Sloveniya) XİN başçıları iştirak ediblər.

Qərbi Balkanın sabitliyi...

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Avrokomissiyanın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kosun da iştirak etdiyi görüşdə Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiya prosesinə dair müzakirələr aparılıb. Həmçinin regionun təhlükəsizliyi və ölkələrin Aİ-yə inteqrasiyasının sürətləndirilməsi üçün cari il görüləcək işlər və gələcək prioritetlər nəzərdən keçirilib. Qərbi Balkan regionunun sabitliyinin İtaliya hökuməti üçün prioritet olduğunu deyən Antonio Tayani qitənin təhlükəsizliyi üçün regionda sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında Qərbi Balkan regionunun 6 ölkəsinin - Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Kosovanın Avropa İttifaqına (Aİ) üzvlük prosesində Aİ-nin norma, standart və mexanizmlərinə uyğunlaşdırılmasını nəzərdə tutan “Berlin prosesi” çərçivəsində Almaniya paytaxtında Zirvə toplantısı keçirilmişdi. Zirvə toplantısında Almaniyanın Kansleri Olaf Şolts, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, prosesdə iştirak edən 6 Balkan ölkəsinin dövlət və hökumət başçıları iştirak ediblər. Sammitdə 20 ildən artıqdır Aİ üzvü olmağı gözləyən altı ölkənin İttifaqın sıralarına daxil olması yolunda bir sıra mühüm qərarlar qəbul edilmişdi. Belə ki, tədbirdə ortaq regional bazarla bağlı fəaliyyət planı, ali təhsilə çıxış imkanlarına dair yeni saziş imzalanıb. Fəaliyyət planı 6 ölkənin ümumilikdə 17 milyon nəfərlik əhalisinin rifahının yaxşılaşdırılmasını nəzərdə tutur.

Almaniya Kansleri Olaf Şolts Zirvə toplantısındakı çıxışında tədbirdə Avropa ailəsinin bir hissəsi olan Qərbi Balkan ölkələrinin əhalisinin həyatını asanlaşdıran mühüm irəliləyişlərin əldə olunmasına baxmayaraq, əvvəlki anlaşmazlıqların əməkdaşlığı hələ də çətinləşdirdiyini bildirib. Buna rəğmən Kansler altı ölkənin Aİ üzvü olmasının 10 ildən çox çəkməyəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen əvvəlki genişləmə prosesindən alınan dərslərin dərindən nəzərdən keçirildiyini deyib. O, üzvlük prosesində demokratiya və qanunun aliliyini təmin olunması ilə yanaşı, Aİ dəyərlərinin, iqtisadi inteqrasiyanın və əməkdaşlığın vacibliyini qeyd edib.

Qeyd edək ki, 6 ölkənin Aİ üzvlüyünə qəbul olunmasına dair 2003-cü ildə vəd verilsə də, bu ölkələr prosesin müxtəlif mərhələlərindədir. Xüsusilə Ukrayna və Moldovanın rekord sayıla biləcək qısa müddətdə namizəd ölkə statusuna gətirilməsi Qərbi Balkan ölkələrində birmənalı qarşılanmır. Regionda etnik zəmində hələ də davam edən bəzi anlaşmazlıqlar da prosesi çətinləşdirən amillərdəndir. Olaf Şolts məhz bu baxımdan Serbiya ilə Kosovo arasında normallaşma prosesinə dair dialoqun qənaətbəxş səviyyədə olmadığını xüsusi vurğulayaraq, hər iki ölkənin götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirilməsinin vacibliyini təkidlə qeyd edib.

Üzvlük prosesində subyektiv yanaşmalar...

Ümumiyyətlə, Aİ etimada əsaslanan genişlənmə siyasətini  Avropada sülh, sabitlik, təhlükəsizlik və rifaha yatırılan geostrateji sərmayə hesab edir. Bu, ədalətli və ciddi şərtlərə və namizəd ölkələrin konkret nailiyyətlərinə əsaslanmalıdır. Bu siyasət namizəd ölkələrdən qanunun aliliyi, iqtisadiyyat, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi bir çox sahələrdə hərtərəfli islahatların həyata keçirilməsini tələb edir. Anlaşma, mehriban qonşuluq münasibətləri və regional əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir.

Aİ-yə üzvük proseduru isə belədir ki, hansısa ölkəyə namizədlik statusu verildikdən sonra strukturlaşdırılmış danışıqlar zamanı ölkə Aİ-nin qanun və standartlarının tətbiqinə hazırlaşmalıdır. Aİ-yə üzv dövlətlərinin hamısı bütün tələblərin yerinə yetirildiyini təsdiq etməlidirlər. Bütün sahələr üzrə danışıqlar başa çatdıqdan sonra Avropa Komissiyası həmin ölkənin üzv dövlət olmağa hazırlığına dair rəyini təqdim edir. Bu rəyə əsaslanaraq Aİ-yə üzv dövlətlər yekdilliklə danışıqlar prosesinin başa çatdırılmasına dair qərar verirlər. Avropa Parlamenti də bu məsələdə öz razılığını verməlidir. Bundan sonra Aİ-nin üzv dövlətlərinin hamısı və namizəd ölkə Aİ-yə üzvlüyünü təsdiq edən üzvlük müqaviləsini imzalayır və ratifikasiya edirlər.

Müstəqil siyasət təzyiqlə cavablandırılır

Əslində, bu prosedur normal görünsə də, Aİ üzvlüyünə gedən yolda ölkələr subyektiv və ədalətsiz yanaşmalarla üzləşə bilərlər. Həm namizəd statusunun verilməsində, həm də üzvlüyə namizəd kimi keçilən prosedurda Aİ rəhbərliyi və əsas ölkələr müxtəlif bəhanələrlə çıxış edə bilərlər. Türkiyənin bu prosesdə üzləşdiyi haqsızlıq deyilənlərə sübutdur. Bu baxımdan, Qərbi Balkan regionunu təmsil edən ölkələrə münasibətdə də subyektiv yanaşma təəccüblü görünmür. Nəzərə alaq ki, son illər Aİ-də təmsil olunan bəzi ölkələr təşkilatın rəhbərliyinin işindən narazılıq ifadə edirlər. Onlar Brüsselin “diqtə” siyasətini qəbul etmək istəmədikləri üçün müxtəlif təzyiqlərlə üzləşirlər. Məsələn, Macarıstanın Baş  naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitsoya münasibəti xatırlamaq kifayətdir. Ötən il cəmi altı ay  Aİ-yə sədrliyi həyata keçirən Macarıstana qarşı Brüssel müxtəlif əngəllər törədir, bu ölkənin sədrliyini pozmağa çalışırdı. Buna səbəb isə Macarıstan hökumətinin Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasına çalışması idi. Hətta Avropa Komissiyası Macarıstanın müxtəlif fondlardan almalı olduğu 6,3 milyard avronu bir müddət öncə “dondurub”.

Eyni zamanda,  Avropa İttifaqı Slovakiyanı qəribə ittihamla - “demokratik normaların aşınmasına görə” cəzalandırmaq təklifi üzərində işləyir. Bu addım  blokun rəsmi Bratislavaya ayrılan vəsaiti saxlamasına səbəb ola bilər. Avropa Komissiyası Slovakiyanın Baş naziri Robert Fitsonun Aİ fondları ilə bağlı bəzi korrupsiya işlərinə baxan xüsusi prokurorluğu ləğv etmək addımına cavab olaraq prosedurun başlanması barədə qərar hazırlayıb. Təkliflərdən biri komissiyanın Aİ-yə pullarını risk altında gördüyü zaman maliyyələşdirməni dondurmağa imkan verən şərtilik mexanizmindən istifadə etməsidir. Bu yolla Aİ blokun büdcəsində Slovakiyaya ayrılan 12,8 milyard avro (14,2 milyard dollar) birləşmə fondunun bir hissəsini özündə saxlaya biləcək.

Avropada belə bir böhran getdikcə artmaqdadır. Sağlam düşüncəli liderlər mövcud problemlərin səbəblərini göstərməklə yanaşı, vəziyyətdən çıxış yolunun tapılmasını vacib hesab edirlər. Belə liderlər sırasında olan Macarıstanın Baş naziri Viktor Orbanın hansı təzyiqlərlə üzləşməsi də bunun təsdiqidir. Slovakiyanın Baş naziri Robert Fitso 2024-cü ilin may ayında Azərbaycana səfəri zamanı da Avropa İttifaqını tənqid etmişdi. O, “Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir” demiş və Brüsselin başqa ölkələrə “ara-sıra təlimat  verməyi xoşladığını” vurğulamışdı. Fitso Bakıda Aİ-nin siyasətini tənqid edəndən qısa vaxtdan sonra, elə may ayında sui-qəsdə uğradı. Slovakiyanın Baş nazirinə atılan gülləni bir çox ekspertlər fərqli və milli marağa hədəflənən siyasi mövqeyə atılan güllə kimi dəyərləndirdilər. Bu, Qərb, Aİ-də hegemonluq edən qüvvələr tərəfindən  “xəbərdarlıq” idi. Bütün bunların fonunda Qərbi Balkan ölkələrini Aİ-yə üzvlük yolunda çətin sınaqlar gözləyir.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri