Icma.az
close
up
RU
Aİ ordusuna gedən yol: “Hərbi Şengen” NATO nu tamamlayır, yoxsa əvəz edir?

Aİ ordusuna gedən yol: “Hərbi Şengen” NATO nu tamamlayır, yoxsa əvəz edir?

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Parlamenti Avropa İttifaqında qoşun və hərbi texnikanın sərhədlərarası hərəkətini sürətləndirəcək “hərbi Şengen zonası” layihəsini irəli sürüb. Sənədə görə, Rusiyadan mümkün təhdid fonunda Aİ boyunca hərbi yerdəyişmələrin 3 günə, böhran zamanı isə 24 saata endirilməsi hədəflənir.

Hazırda inzibati və infrastruktur maneələr səbəbindən bu proses bəzən bir aya qədər uzanır. Layihə çərçivəsində 500 kritik infrastruktur nöqtəsinin modernləşdirilməsi və dörd hərbi mobillik dəhlizinin tam işə düşməsi üçün ən azı 100 milyard avro tələb olunur. AP həm də hərbi mobillik büdcəsinin artırılmasını vacib sayır.

Maraqlıdır, “Hərbi Şengen” təşəbbüsü Aİ-nin təhlükəsizlik arxitekturasında hansı strateji boşluğu doldurmağa hesablanıb?

Bu layihə Aİ-nin NATO-dan daha müstəqil hərbi-strateji güc olmasına yönəlik addım kimi qiymətləndirilə bilərmi?

“Hərbi Şengen” təşəbbüsü Aİ-nin uzun illərdir yaşadığı ən ciddi strateji çatışmazlıqlardan birini- qoşun və texnikanın sürətli yerdəyişməsi imkanlarının olmamasını aradan qaldırmağa yönəlib. Ənənəvi Şengen sərbəst hərəkəti insanlar üçün təmin edibsə, “hərbi Şengen” bunu ordu və logistika üçün mümkün edir.

Ümumiyyətlə, Aİ-nin təhlükəsizlik arxitekturasında boşluq iki əsas sahədə özünü göstərirdi. Onlardan biri operativlik boşluğudur, digəri isə logistika-infrastruktur boşluğudur.

Yəni nəticədə “Hərbi Şengen” Aİ üçün reaksiya sürətini artıran və real müdafiə qabiliyyəti yaradan əsas platformalardan birinə çevrilir.

Digər tərəfdən, “Hərbi Şengen” NATO-dan tam müstəqillik layihəsi deyil. Çünki Avropanın müdafiə resurslarının 70%-i hələ də ABŞ-nin təmin etdiyi NATO infrastrukturu ilə bağlıdır. Layihə daha çox Aİ-nin NATO daxilində öz yükünü artırmaq cəhdi kimi görünür. Vaşinqton uzun illərdir Aİ-nin müdafiəyə daha çox məsuliyyət daşımasını tələb edirdi.

Bununla belə, təşəbbüs Avropanın “strateji muxtariyyət” konsepsiyasına yeni impuls verir. Çünki orduların sərhəd-keçid prosedurlarını Aİ özü tənzimləyir, infrastrukturun modernləşməsi Aİ-nin öz investisiyasıdır, yerdəyişmə sürəti NATO əməliyyatları üçün olsa belə, nəzarət mexanizmi Brüsselin əlində olacaq.

Konkret desək, “Hərbi Şengen” nə NATO-dan ayrılma, nə də tam muxtariyyət cəhdi deyil. Amma Avropanın iki onillik ərzində ilk dəfə konsolidə olunmuş müdafiə məkanına keçməsi baxımından həlledici addımdır. Aİ müdafiəsini ABŞ-dən asılılıqdan qoparmadan, amma öz ayaqları üstə dura biləcək qədər gücləndirməyə çalışır.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri