Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Avropa “hərbi Şengen”in bir addımlığında...

Avropa “hərbi Şengen”in bir addımlığında...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Qitə özünün müdafiə qabiliyyətini artırmaq üçün hərəkətə keçir

Avropa Komissiyası “hərbi Şengen” zonası yaratmaq planı hazırlayır. Plan təşkilata daxil olan dövlətlərin qoşunlarının sürətli hərəkəti üçün infrastrukturu özündə ehtiva edir. AK bununla bağlı hərbi mobillik üçün “yol xəritəsi” təqdim edib. Siyasi analitiklər bu addımı Aİ ölkələrinin infrastrukturunu və logistikasını şərq sərhədlərində potensial hərbi münaqişəyə hazırlamaqla əlaqələndirirlər.

Noyabrın 19-da təqdim olunan hərbi mobillik üçün “yol xəritəsi” (“Hərbi Mobillik Paketi”) 115 səhifədən ibarətdir. Sənəd Aİ daxilində hərbi yüklərin və qoşunların hərəkətini sadələşdirməyi, eləcə də logistikadakı infrastruktur və bürokratik maneələrin aradan qaldırılmasını nəzərdə tutur. Sənəddə izah olunur ki, “Hərbi mobillik Avropanın rəqibləri effektiv şəkildə çəkindirməsi və istənilən böhrana cavab verməsi üçün ehtiyac duyduğu müdafiə strategiyasında və imkanlarında vacib amildir”.

2026-cı ilə kimi təkliflər hazırlanmalıdır...

Plan üzv dövlətlərə və ya Avropa Komissiyasına fövqəladə hallar zamanı malların və insanların daşınması üçün normal qaydaların müvəqqəti dayandırılmasına imkan verəcək yeni Avropa Təkmilləşdirilmiş Hərbi Mobillik Reaksiya Sisteminə (European Military Mobility Enhanced Response System -EMERS) əsaslanır. EMERS işə salındıqdan sonra infrastrukturdan istifadə və nəqliyyatla bağlı orduya mühüm üstünlüklər tanınacaq. Layihənin təqdimatı zamanı Avropa Komissiyasının vitse-prezidenti və komissarı Henna Virkkunen bildirib ki, bu, faktiki olaraq “hərbi Şengen”in yaradılması deməkdir.

Vurğulandığı kimi, əsas məqsəd qoşunların, avadanlıqların və dəstək heyətinin Avropada avtomobil, dəmir yolu, hava və dəniz yolu ilə sürətli və maneəsiz hərəkətini təmin etməkdir. Sənədə görə, 2026-cı ilin birinci yarısına qədər Aİ ölkələri müvafiq nəqliyyat dəhlizlərinin təşkili, eləcə də hərbi məqsədlər üçün istifadə edilə bilən 500 vacib infrastruktur obyektinin modernləşdirilməsi üçün konkret təkliflər hazırlamalıdırlar.

45 gündən 5 günə...

“Le Monde” yazır ki, Aİ uzun müddət hərbi mobilliyə investisiya qoyuluşuna diqqət ayırmayıb. “Soyuq müharibə”nin bitməsindən sonra Avropa dövlətləri əsasən zirehli maşınlar, freqatlar və qırıcı təyyarələrin alınmasına diqqət yetiriblər - regional logistika və hərbi infrastruktur isə ikinci dərəcəli hesab olunub. Nəticədə, blokdakı əsas logistika mərkəzləri hazırda hərbi ehtiyaclar üçün yararsızdır. Aİ ölkələrində bununla bağlı müəyyən inzibati qaydalar və məhdudiyyətlər mövcuddur. Bunun göstəricisi, NATO-nun şərq cinahını gücləndirmək üçün 2022-ci ildə Rumıniyaya göndərilən Fransanın “Leclerc” tankları ilə bağlı hadisədir. Onların çatdırılması Almaniyanın nəqliyyat qaydalarına görə yol qatarlarının maksimum çəkisini məhdudlaşdırdığı üçün həftələrlə çəkib.

Siyasi mütəxəssislər bildirirlər ki, bu mobilizasiya əsasən Rusiya təhdidinə qarşı Avropanın növbəti hazırlığıdır. Hədəf olaraq da məhz bu gizlədilmir - bildirilir ik, hazırda qoşunların əsas Qərb limanlarından Ukrayna və ya Rusiya ilə həmsərhəd ölkələrə köçürülməsi təxminən 45 gün çəkir. Fransa Əməliyyat Dəstəyi və Logistika Mərkəzinin komandiri, general Fabrice Feola oktyabr ayında həftəlik “Defense News”a verdiyi müsahibəsində bildirib ki, proses on çox uzundur, xüsusən də Rusiyanın güc nümayişi halında Baltikyanı dövlətlərə sürətli reaksiya və dəstək ehtiyacı yaransa, bu, reallaşmaya bilər. Blokun məqsədi köçürmə müddətini beş günə endirməkdir.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas yol xəritəsinin təqdimatında deyib ki, qoşunlar nə qədər tez yerləşsə, çəkindirmə və müdafiə bir o qədər güclü olar: “Avropaya qüvvələrin yerləşdirilməsi üçün həftələr deyil, günlər haqqında danışmalıyıq. Məsələn, bəzi ölkələr hələ də təlimlər üçün digər ölkələrdən qoşunların keçməsi üçün 45 günlük bildiriş tələb edir”.

Büdcə artırılır...

Qeyd etmək lazımdır ki, Aİ təxminən 10 ildir ki, “hərbi Şengen”in yaradılmasını müzakirə edir - bu müddət ərzində onlarla layihə hazırlanıb, lakin Aİ bu layihələri yalnız 2021-ci ildə maliyyələşdirməyə başlayıb. Ukraynadakı münaqişə Aİ-ni bu sahədə səylərini sürətləndirməyə məcbur edib. Avropa müdafiə komissarı Andrius Kubiliusun açıqlamasına görə, ilkin dövrdə nəzərdə tutulan büdcə nisbətən “təvazökar” idi - təxminən 1,7 milyard avro. Çərşənbə günü təqdim edilən plana əsasən, Aİ dekabr ayında liderlərin görüşündə təsdiqlənməsi planlaşdırılan 2028-2034-cü illər üçün büdcənin bir hissəsi olaraq Avropa Birlik Fondundan (CEF) hərbi mobillik üçün əlavə 17,7 milyard avro ayırmaq niyyətindədir.

Logistikada NATO amili...

Məsələnin NATO ilə bağlılığı da əsas amillərdən biridir. Beli ki, hərbi mobilliyi artırmaq üçün Aİ-nin NATO ilə sıx koordinasiyada çalışacağı vurğulanır. “Le Monde” qəzetinin məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri amerikalılar öz bazaları ilə Avropadakı hərbi logistika şəbəkəsinin əsas nöqtələri arasında hava körpüləri qurublar. Hər həftə onlarla C-5M Super Galaxy və C-17 Globemaster təyyarələri silah, sursat, tank və zirehli texnikanı Birləşmiş Krallıq, Polşa və Almaniyaya daşıyır. Bunun bir hissəsi daha sonra avtomobil və ya dəmir yolu ilə Ukraynaya göndərilir, digərləri isə qoşunların lazımi sürətli yerləşdirilməsi üçün anbarlarda saxlanılır. Nəşr yazır ki, ümumilikdə, ABŞ Avropada 6 logistika mərkəzindən ibarət şəbəkə yaradıb ki, bu da NATO-nun şərq cinahında eskalasiya halında daha qısa cavab müddətinə imkan verir. Bu mərkəzlərin ən yenisi 2024-cü ildən bəri Ukrayna sərhədindən təxminən 400 kilometr qərbdə yerləşən Polşanın Povidz şəhərində fəaliyyət göstərir. Bu mərkəz bir həftə ərzində zirehli briqadanı tam təchiz edə bilər. Avropalıların müqayisə edilə bilən infrastrukturu yoxdur: onların Baltikyanı ölkələrdə və Rumıniyada yalnız bir neçə nöqtəsi var.

Avropa üçün müharibə ssenarisi?

Plana əsasən, Aİ 2030-cu ilə qədər qitədə kollektiv müdafiə boşluqlarını aradan qaldırmaq niyyətindədir - Avropa rəsmiləri hesab edirlər ki, həmin vaxta qədər blok Rusiya ilə potensial hərbi toqquşmaya hazır olmalıdır. Maraqlıdır ki, eyni tarix Aİ-nin “Müdafiə üzrə Ağ Sənədi”ndə də qeyd olunub və orada Avropa qitəsində “yüksək intensivlikli müharibə” ssenarisi təsvir edilib - Rusiya “fundamental təhlükə” adlandırılıb.

Təsadüfi deyil ki, bu yaxınlarda Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın 2028-2029-cu illərdə NATO ölkəsinə hücum edə biləcəyini bildirmişdi.  Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə Moskvanın NATO-ya hücum etmək niyyətində olmadığını deyib və Qərb ölkələrinə hücum ehtimalı ilə bağlı məlumatları “cəfəngiyat” adlandırıb.

Avropalı diplomatik mənbələrə istinad edən xarici mətbuat isə yazır ki, Aİ-nin müdafiə layihələrini inkişaf etdirməsi Rusiyaya qarşı “aqressiv münasibət”i göstərmir. Qeyd edək ki, bu ilin mart ayında Avropa Komissiyası Avropanın silahlandırılması üçün 800 milyard avroluq ReArm Europe planını təqdim edib. Bu plan müdafiə xərclərini ÜDM-in 1,5 faizi qədər artırmaq üçün Aİ-nin maliyyə qaydalarının yumşaldılmasını və silah istehsalına 650 milyard avro investisiya qoyulmasını nəzərdə tutur. Bu planın bir hissəsi olaraq, Aİ birgə müdafiə tədarükünü artırmaq üçün 150 milyard avroluq SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) kredit mexanizminə razılıq verib. Bu vəsaitlərin hava hücumundan müdafiə sistemləri, raketlər, artilleriya və dronların alınmasına sərf olunacağı və Ukraynanın döyüş hazırlığının gücləndirilməsində istifadə ediləcəyi gözlənilir.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri