Aİ Özbəkistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı (Aİ) bu il Özbəkistanla, gələn il isə Tacikistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq.
“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə birgə mətbuat konfransında bildirib.
Koşta bu gün Səmərqənddə keçirilən ilk "Mərkəzi Asiya - Avropa İttifaqı" sammitini Mərkəzi Asiya-Aİ tərəfdaşlığında yeni bir fəslin başlanğıcı adlandırıb. Onun sözlərinə görə, Mərkəzi Asiyanın Avropa İttifaqı ilə münasibətləri yeni strateji səviyyəyə çıxır və böyük inkişaf potensialına malikdir.
"Son illərdə Mərkəzi Asiya ölkələri regional əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. Aİ Mərkəzi Asiya üçün etibarlı tərəfdaşdır. İqtisadi əlaqələri, ticarət və investisiyaları gücləndirməyə çalışırıq. Artıq Qazaxıstan və Qırğızıstanla ikitərəfli tərəfdaşlıq sazişləri imzalamışıq.
Yaxın vaxtlarda biz həmçinin Türkmənistanla da oxşar sənədin imzalanması imkanını müzakirə etməyə başlayacağıq", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 04 Aprel 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















