Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Özbəkistanla strateji tərəfdaşlıq iqtisadi sahədə daha da dərinləşir

Özbəkistanla strateji tərəfdaşlıq iqtisadi sahədə daha da dərinləşir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2030-cu ilədək ticarətin həcmi 1 milyard dollara çatdırılacaq

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq son illərdə iqtisadi müstəvidə də sürətlə dərinləşir. İmzalanan yeni sənədlər, birgə investisiya mexanizmlərinin yaradılması və müxtəlif sahələrdə həyata keçirilən layihələr iki ölkə arasında əməkdaşlığı ənənəvi ticarət əlaqələrindən daha geniş müstəviyə çıxararaq sənaye, enerji, logistika və istehsalı əhatə edən uzunmüddətli iqtisadi tərəfdaşlıq modelinə çevirir.

Bu əməkdaşlığın əsas istiqamətlərindən biri isə qarşılıqlı ticarətin həcminin artırılmasıdır. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Tərəflər əldə olunan nəticələrlə kifayətlənməyərək qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün yeni mexanizmlər formalaşdırırlar.

Bu istiqamətdə son addımlardan biri Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşü olub. Görüşdə ikitərəfli ticarət və investisiya əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, tərəflər əldə olunmuş razılaşmaların icrasına, eləcə də ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlərin hazırlanmasına xüsusi diqqət yetiriblər. Bu çərçivədə “Yol xəritəsi”nin hazırlanması və qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə proqramın həyata keçirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Ticarət göstəriciləri də iki ölkə arasında iqtisadi əlaqələrin artan dinamikanı nümayiş etdirdiyini göstərir. Özbəkistan tərəfinin məlumatına görə, Azərbaycanla ticarət dövriyyəsi 2025-ci ildə 307,3 milyon dollar təşkil edib. Bu, əvvəlki illə müqayisədə 14,6 faiz artım deməkdir. 2026-cı ilin yanvar-iyun aylarında isə qarşılıqlı ticarətin həcmi 170,3 milyon dollara çatıb ki, bu da illik ifadədə 30,8 faiz artım deməkdir.

İki ölkə arasında ticarətin genişləndirilməsi ilə yanaşı, regionlararası iqtisadi əlaqələrin inkişafına da xüsusi əhəmiyyət verilir. Bu baxımdan avqustun 22-də Daşkənddə keçirilməsi nəzərdə tutulan IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu mühüm platforma kimi qiymətləndirilir. Forumun əsas məqsədlərindən biri iki ölkənin regionları və müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsidir.

Qarşılıqlı investisiyaların təşviqi, birgə müəssisələrin yaradılması və istehsal kooperasiyasının genişləndirilməsi də tərəflərin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə ən mühüm mexanizmlərdən biri Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətidir. 2023-cü ildə yaradılan qurumun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir. Fondun əsas məqsədi iqtisadiyyatın prioritet sahələrində birgə investisiya layihələrini maliyyələşdirmək, yeni istehsal müəssisələrinin yaradılmasını dəstəkləmək və iki ölkənin özəl sektorları arasında əməkdaşlığı genişləndirməkdir.

İnvestisiya əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsi ilə yanaşı, konkret sənaye layihələrinin həyata keçirilməsi də diqqət çəkir. Bu baxımdan avtomobil sənayesi Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının ən uğurlu nümunələrindən biridir.

Hazırda Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır. Ümumi dəyəri 84,3 milyon ABŞ dolları olan layihə “Azermash CP” və “Uzavtosanoat” SC tərəfindən həyata keçirilir. Müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Zavodun fəaliyyətə başlamasından sonra istehsalın iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçirilməsi nəzərdə tutulur. Bu isə istehsal həcminin artırılmasına və avtomobil çeşidlərinin genişləndirilməsinə imkan verəcək.

Hacıqabulda həyata keçirilən avtomobil istehsalı layihəsi isə artıq iki ölkə arasında sənaye kooperasiyasının real nəticələrini ortaya qoyur. 2022-ci ildə “Chevrolet” avtomobillərinin və “Isuzu” avtobuslarının iriqovşaqlı yığımına başlanılması Azərbaycan və Özbəkistan şirkətləri arasında əməkdaşlığın yüksək potensialını nümayiş etdirib. Müəssisədə indiyədək 9 mindən çox avtomobilin yığılması da layihənin miqyasını göstərir.

İki ölkə arasında iqtisadi əməkdaşlığın digər mühüm istiqaməti enerji sektorudur. Azərbaycan və Özbəkistan neft-qaz sahəsində də birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirirlər. SOCAR və “Uzbekneftqaz” arasında imzalanan sənədlər bu sahədə əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Enerji əməkdaşlığı bununla bitmir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində formalaşan üçtərəfli əməkdaşlıq Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması baxımından yeni imkanlar yaradır. Bu təşəbbüs həm regionun enerji potensialının daha səmərəli istifadəsinə, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edə bilər.

Enerji ilə yanaşı, nəqliyyat-logistika sahəsi də Bakı ilə Daşkənd arasındakı iqtisadi əlaqələrin strateji istiqamətlərindən birinə çevrilib. Azərbaycan və Özbəkistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafında əsas tərəfdaşlar sırasında yer alır. Dəhliz üzrə yükdaşımaların artırılması və logistika infrastrukturunun inkişaf etdirilməsi iki ölkə üçün həm yeni tranzit imkanları, həm də Avropa və Asiya bazarlarına çıxış baxımından mühüm əhəmiyyət daşıyır.

Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün regional formatlar da gücləndirilir. 2026-cı il iyunun 8–9-da Azərbaycan, Özbəkistan, Gürcüstan, Türkiyə, Türkmənistan və Qırğızıstanın dəmir yolu administrasiyalarının nümayəndələri CASCA+ beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı görüş keçiriblər. Görüşün yekununda yükdaşımaların həcminin artırılması və dəhlizin daha da inkişaf etdirilməsi barədə razılaşma əldə olunub. Tərəflər tranzit müddətinin azaldılması, nəqliyyat səmərəliliyinin və xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin tarif siyasətinin təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.

Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan iqtisadi münasibətləri artıq ayrı-ayrı layihələr çərçivəsindən çıxaraq çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir. Ticarət dövriyyəsinin artırılması, 500 milyon dollarlıq investisiya mexanizmi, sənaye kooperasiyası, avtomobil istehsalı, enerji və nəqliyyat layihələri iki ölkənin iqtisadi əlaqələrinin əsas istiqamətlərini formalaşdırır. Qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəf isə qarşılıqlı ticarətin 2030-cu ilədək 1 milyard dollara çatdırılmasıdır.

Eldəniz ƏMIROV,
iqtisadçı

Nəzərə alsaq ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr indiyədək ən yüksək inkişaf mərhələsini yaşayır, hesab edirəm ki, 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması tamamilə mümkündür. Bu, qeyri-real hədəf deyil. Amma eyni zamanda asan da olmayacaq. Bunun üçün real işlərin görülməsinə ehtiyac var.

Hər iki ölkə arasında yaradılan birgə investisiya fondları, işçi qrupları və əməkdaşlığın müxtəlif istiqamətlərdə davam etdirilməsi həm hüquqi bazada, həm də iqtisadi müstəvidə ciddi imkanlar yaradır ki, ticarət dövriyyəsi artsın.

Ola bilər ki, 2030-cu ildə bu hədəfə tam nail olunmasın. Amma bu, mənfi qarşılanmamalıdır. Çünki perspektivdə daha böyük inkişaf imkanları mövcuddur.

Orta Dəhlizin inkişafı, bu marşrut üzərində formalaşan yeni imkanlar və iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə şaxələndirilməsi hesab edirəm ki, gələcəkdə ticarət dövriyyəsinin 1 milyard dolları da üstələməsinə şərait yaradacaq.

Əsas məsələ təkcə 1 milyard dollarlıq həddə çatmaq deyil. Əsas məsələ bu münasibətləri və ticarət dövriyyəsini dayanıqlı etməkdir. Yəni, məqsəd bir neçə il ərzində hədəfə çatıb sonra geriləmək yox, uzunmüddətli və dayanıqlı əməkdaşlıq modelini qurmaqdır. Bu isə hər iki ölkə üçün daha vacibdir.

Ümumiyyətlə, hesab edirəm ki, Özbəkistan Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən ölkəsinə çevriləcək. Hətta artım tempi baxımından uzunmüddətli perspektivdə Qazaxıstanı belə geridə qoya bilər. Ola bilsin ki, nominal makroiqtisadi göstəricilər üzrə hələ Qazaxıstanı üstələməsin, amma inkişaf dinamikasına görə bunu etmək potensialına malikdir. Bu gün Özbəkistanda həmin sürət və islahat təşəbbüsləri artıq aydın şəkildə müşahidə olunur.

Musa BAĞIRLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri