Aİ Rusiya ilə danışıqlara BAŞLAMALIDIR
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Almaniya müxalifət partiyası olan Almaniya üçün Alternativ (AfD)-nin lideri Alis Vaydel Avropa İttifaqının (Aİ) Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmasının kapitulyasiya kimi qiymətləndirilməməli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, siyasətçi bu barədə “Politico” nəşrinə açıqlamasında danışıb.
Vaydelin sözlərinə görə, hazırda böhranın həlli ilə bağlı danışıqlar prosesinə Rusiya, ABŞ və Çin rəhbərlik edir, Avropa liderləri isə danışıqlar masasına dəvət olunmurlar.
O qeyd edib ki, Avropa İttifaqı müharibənin əvvəlindən sülhə nail olmağa çalışmalı idi. Siyasətçinin fikrincə, dörd il keçdikdən sonra Aİ danışıqlar aparmaq baxımından daha əlverişsiz mövqedədir.
Vaydel vurğulayıb ki, Rusiya ilə danışıqlar aparmaq təslim olmaq demək deyil. O, bütün tərəflərin maraqlarının nəzərə alındığı, diplomatik yanaşmaya əsaslanan danışıqların keçirilməsinin vacibliyini qeyd edib.
Siyasətçi, həmçinin Almaniyanın dayanıqlı, etibarlı və ucuz enerji mənbələrinə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya son dörd onillik ərzində Almaniyanı bu cür enerji resursları ilə təmin edib.
Vaydel əlavə edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Almaniyanın biznes modelini dağıdıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Oktyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















