Icma.az
close
up
RU
Aİ Rusiya ilə savaşa HAZIRLAŞIR

Aİ Rusiya ilə savaşa HAZIRLAŞIR

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ ölkələrini "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməyə çağırıb.

Bəs üzv dövlətlərin bu çağırışa reaksiyası necə olacaq? Bu addım cəbhədəki hərbi balansı dəyişə biləcəkmi?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Rusiya-Ukrayna münaqişəsi Amerika Birləşmiş Ştatlarının strategiya planının tərkib hissəsidir və artıq dünyanın iqtisadi-siyasi sistemini köklü şəkildə dəyişir:

"Bu münaqişə yalnız Rusiya-Ukrayna savaşı deyil, artıq NATO və Avropa İttifaqı ilə Rusiya arasında gedən savaşdır. Çünki Avropa Birliyi bütün vasitələrlə - həm siyasi, həm iqtisadi, həm müasir silah-sursat, həm də kəşfiyyat məlumatları verməklə bu münaqişədə tərəfdir və fəal iştirak edir. Münaqişə artıq çox kəskin bir fazaya keçməkdədir. ABŞ prezidenti Tramp sülh təşəbbüsü ilə çıxış etsə də (bu, faktiki olaraq görüntüdür), Avropa İttifaqı münaqişənin uzanması və daha gərgin fazaya keçməsi üçün fəal iştirak edir. Lakin nə qədər dəstək verilsə də, münaqişə Rusiyanın hərbi üstünlüyü ilə davam edir, Rusiyanın hərbi texnikası Ukraynanın dərinliklərinə doğru irəliləyir və Ukraynanın 20-25 faiz ərazisinə nəzarət olunur. Rusiya siyasi müstəvidə də üstün tərəfdir, çünki danışıqlar prosesini diktə edir. Rusiyanın şərtləri qəbul edilməyincə münaqişənin dayanması real görünmür".

A.Məsiyev Qərbin "Patriot" sistemlərini verməkdə tərəddüd etməsinin səbəblərinə və münaqişənin pərdəarxası məqamlarına da toxunub:

"Zelenski dəfələrlə böyük həcmdə "Patriot" hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu bəyan edib. Lakin istər Amerika, istərsə də Avropa Birliyi bu silahı Ukraynaya istənilən qədər verməkdə tərəddüd edirlər. Çünki həmin miqdarda silahın verilməsi elə Avropanın özünün təhlükəsizliyi üçün problem yaradır. Artıq Avropa Birliyinin həm maliyyə, həm də silah-sursat vermək imkanlarının məhdudlaşması bəyan edilir. O ki qaldı "Patriot" sistemlərinin verilməsinə, nə qədər bu silahlar verilsə də, Ukraynanın itirdiyi torpaqların geri qaytarılması real görünmür. Bu cür silahların verilməsi sadəcə münaqişənin biraz da uzanmasına gətirib çıxaracaq".

Azad Məsiyev: Onlar Rusiya ilə de-yure savaşa girmək istəyirlər

Müsahibimizin sözlərinə görə, digər tərəfdən, Avropa İttifaqı tərəfindən aparılan psixoloji və informasiya müharibəsi də onu göstərir ki, onlar Rusiya ilə de-yure savaşa girmək istəyirlər. Rusiya ilə de-yure savaşa girilməsi isə Üçüncü Dünya müharibəsinin başlaması deməkdir və burada artıq bəşəriyyət əziyyət çəkəcək, nüvə silahının işə düşməsi ilə nəticələnəcək:

"Əslində, Amerikanın imperatorluğuna üç təhlükə mənbəyi var: hərbi gücünə görə Rusiya, iqtisadi gücünə görə Çin, maliyyə gücünə görə isə Avropanın pul vahidi olan avro. Bu münaqişə həm Rusiyanın hərbi gücünü, həm də Avropanın iqtisadi gücünü zəiflətmək üçün yaradılmış problemdir. Avropa İttifaqı bilərəkdən və ya bilməyərəkdən bu münaqişəyə daxil olaraq iqtisadi cəhətdən çökməyə doğru gedir, avro dünya valyutası kimi dəyərdən düşür. Nəticədə isə ən böyük ziyanı Ukrayna xalqı və Ukrayna dövləti çəkir".

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri