Aİ Ukraynaya daha 3,8 milyard avro verdi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Ukrayna Avropa İttifaqından (Aİ) 3,8 milyard avroluq daha bir tranş alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko özünün “Telegram” kanalında məlumat dərc edib.
“Avropa İttifaqından dövlət büdcəsindəki xüsusi fonda daha 3,8 milyard avro köçürülüb”, - deyə o bildiirb.
Baş nazirin sözlərinə görə, vəsait prioritet müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə: pilotsuz uçuş aparatlarının (PUA) istehsalına, hərbi-sənaye kompleksinin gücləndirilməsinə və cəbhənin ehtiyacları üçün təcili təchizatın təmin edilməsinə yönəldiləcək.
Onun sözlərinə göə, bu, “Ukrayna Dəstək Krediti” adlı yeni maliyyə aləti çərçivəsində müdafiə dəstəyinin ilk tranşıdır. Sviridenko həmçinin xatırladıb ki, iyunun 25-də də eyni kredit proqramı çərçivəsində büdcəyə 3,2 milyard avro köçürülüb. Beləliklə, Kiyevin bu proqram çərçivəsində aldığı vəsaitin ümumi məbləği 7 milyard avroya çatıb.
Bu mövzuda digər xəbərlər:Aİ Ukraynaya 1 milyard avro verəcək
08 May 2025 18:39
Aİ Ukraynaya 1,9 milyard avro verəcək
09 May 2025 17:36
Aİ Ukraynaya 3 milyard avro ayırıb
10 Yanvar 2025 13:40
Aİ Ukraynaya 1 milyard avro köçürdü
10 Sentyabr 2025 17:07
Aİ Ukraynaya 134 milyard avro ayırdı
22 Yanvar 2025 14:19
Baxış sayı:114
Bu xəbər 30 İyun 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















