Aİ Ukraynaya 1,9 milyard avro verəcək
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün demək olar ki, 1,9 milyard avro ayırmaq niyyətində olduğunu rəsmən açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal açıqlayıb.
O, bildirib ki, bu, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə həyata keçiriləcək.
Ukrayna hökumətinin başçısı bunu tarixi qərar adlandırıb, çünki Ukrayna üçün silah Avropa Sülh Fondu vasitəsilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edilməklə alınacaq.
Belə ki, həmin məbləğin 1 milyard avrosu birbaşa Ukrayna istehsalçılarından silah alınmasına gedəcək.
Ağarza Elçinoğlu
Baxış sayı:122
Bu xəbər 09 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















