“Aİ Ukraynaya qoşun göndərərsə, KTMT müxtəlif yardım variantları təklif edə bilər”
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Avropa İttifaqının (Aİ) Ukraynaya qoşun yeridəcəyi təqdirdə yardım üçün müxtəlif variantlar təklif etməyə hazırdır”.
Missiya.Az xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.
“Bu, ilk dəfə deyil ki, Avropa paytaxtları Ukraynaya hərbi kontingentin mümkün göndərilməsini müzakirə edirlər. Lakin bu kontingentlər hələ də rəsmi olaraq orada yoxdur. Səbəb odur ki, bu, regional miqyasda təhlükəli vəziyyət yarada bilər. Belə risklər yaranarsa, KTMT təşkilatın nizamnamə sənədlərində nəzərdə tutulan və təbii ki, bütün üzv dövlətlər tərəfindən təsdiqlənən çərçivədə yardım üçün müxtəlif variantları təklif etməyə hazır olacaq”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının əhalisi bu ölkələrin hökumətlərinin qoşun yeritmək qərarını bəyənməyə bilər.
Tasmaqambetov qeyd edib ki, bu hərbi birləşmələr hücum əməliyyatlarında iştirak etməsələr də, polis və ya müşahidə funksiyalarını yerinə yetirməyə başlasalar belə vəziyyət cəmiyyət üçün problemə çevrilə bilər.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















