Icma.az
close
up
RU
Aİ və Aİİ arasında qalan İrəvan Paşinyan Brüsselin çətiri altına girir

Aİ və Aİİ arasında qalan İrəvan Paşinyan Brüsselin çətiri altına girir

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini rəsmən təsdiqləməsindən sonra Rusiyadan dərhal “ya Aİ, ya Aİİ (Avrasiya İqtisadi İttifaqı)” seçimi irəli sürüldü. Bu, Moskvanın İrəvana qarşı addımlarını nəhayət ritorikadan praktikaya keçirə biləcəyinin anonsu hesab edilə bilər.
- Aİİ-də təmsil olunan Ermənistanın həm də Aİ-də yer almaq istəyi siyasi və iqtisadi məntiqə uyğun deyil: İrəvanın belə bir addım atması Moskvanı Aİİ-də mənfi presedentin yaranması baxımından da narahat edir;
- Ermənistan indiyə qədər anti-Rusiya ritorikası sərgiləsə də, Aİ-yə üzvlüklə bağlı qərar İrəvanın siyasi oriyentasiyanı dəyişdiyinin rəsmi elanıdır;
Hərçənd, Ermənistanın Aİ-yə üzvlük perspektivi həm coğrafi dalanda yerləşməsi, həm iqtisadi asılılıq baxımından İrəvan üçün dumanlı görünür. Əvəzində bu addım Ermənistanın Aİİ-dəki mövqelərinə mənfi təsir edəcək, hətta ittifaqdan kənarlaşdırılması vəziyyətini yarada bilər: ki, Moskvanın açıqlamaları bu yöndədir;
Ermənistanın hərbi və siyasi müstəvidə Rusiyaya alternativ tapmaq imkanı olsa da, iqtisadi baxımdan bu çətin görünür.
- Aİİ Ermənistan üçün əsas xarici bazardır və bunun itirilməsi iqtisadi çöküşlə nəticələnə bilər;
- Aİİ ilə qarşıdurma ittifaqa yenicə müşahidəçi üzv kimi qoşulan İranla da münasibətlərdə problemlər vəd edir və bu vəziyyət İrəvana təkcə iqtisadi itkilər yox, həm də regionda tək qalmaq riskləri yarada bilər;
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, “Moskva İrəvanla iqtisadi münasibətlərini bu məsələni nəzərə alaraq quracaq”. Bu, İrəvana iqtisadi rıçaqların işə salınacağının mesajıdır. Rusiyanın Ermənistan üzərində siyasi və hərbi müstəvidəki rıçaqları zəifləsə də, iqtisadi müstəvidə təsiri hələ də güclü şəkildə qalır. Moskva son iki ildə Ermənistandan sanksiyalardan yayınma platforması kimi istifadə etdiyi üçün İrəvana təzyiqi ritorik səviyyədə saxlayırdı. Ukrayna müharibəsində situasiyanın dəyişməsi – Vaşinqton-Moskva xəttində qeyri-rəsmi danışıqların aparılması yaxın perspektivdə sanksiyaların da yumşalması gözləntisini yaradır. Bu perspektiv İrəvanın iqtisadi əhəmiyyətini Moskva üçün azalda bilər.
Bütün bu çətinliyə baxmayaraq, İrəvanın Aİ-yə üzvlük qərarı mümkün geosiyasi dəyişikliklərdən qaynaqlanır. Tramp Ermənistana Bayden səviyyəsində dəstək verməsə, ki bu ehtimal hələ də güclüdür, yaxud Bakı-İrəvan arasında balans mövqeyindən kənara çıxmasa, Paşinyan hakimiyyətinin Qərbdə müdafiəçiləri zəifləyəcək və Ermənistan üzərindən Cənubi Qafqazda mövqelərini qorumağa çalışan Avropa İttifaqı yeganə qapı olacaq. İrəvanın Brüsselin çətiri altına daxil olmaq istəyini rəsmiləşdirməsində bu amil xüsusi rol oynayır.
Asif Nərimanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://publika.az
archiveBu xəbər 10 Yanvar 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri