Icma.az
close
up
RU
AİB: Biz Azərbaycanda strateji investoruq

AİB: Biz Azərbaycanda strateji investoruq

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanda kommersiya bankları vasitəsilə mikro və kiçik bizneslərə çıxış əldə edirik.

“APA-Econimics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndiliyinin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov deyib.
“2023-cü ildə iri banklardan biri ilə milli valyutada krediti təsdiqlədik və həmin vəsaitlər mikro-bizneslərə, o cümlədən qadın sahibkarların rəhbərlik etdiyi bizneslərə yönəldildi. Bundan əlavə, biz “TuranBank” və “Rabitəbank” ilə KOB-ları dəstəkləmək üçün işləyirik, xüsusən də KOB-ların sərhədlərarası əməliyyatları sahəsində. Hər iki bank AİB tərəfindən innovativ və uğurlu KOB ticarət əməliyyatları aparan bank kimi mükafatlandırılıb”.

O qeyd edib ki, AİB həm də Azərbaycanda strateji investor kimi mövqe tutub:

“Biz yalnız maliyyələşdirmə tərəfinə baxmırıq, eyni zamanda biznes mühiti yaratmaq üçün yerli hakimiyyət orqanları ilə işləyirik. İctimai və özəl tərəfdaşlıq mühitinin yaradılması, yerli qanunvericiliyin inkişaf etdirilməsi və yeni maliyyə alətlərinin işlənməsi üzərində birgə çalışırıq. Qısaca desək, AİB Azərbaycanda strateji investordur. Biz Azərbaycan hökuməti və yerli qurumlarla işləyirik, onların biznes üçün əlverişli mühit yaratmaq səylərini dəstəkləyirik və yerli bizneslərə, KOB-lara fayda gətirmək üçün bütün imkanlardan istifadə edirik. Bu, yalnız maliyyə məhsulları ilə məhdudlaşmır. Biz yerli hakimiyyət orqanlarının və KOB-ların potensialını artırmaq üçün texniki yardım da ayırmışıq. Məsələn, qadınların biznesə çıxış layihəsini qeyd edə bilərəm. Bu layihə “AccessBank” ilə həyata keçirildi və nəticədə təxminən 30 kiçik qadın sahibkarlıq fəaliyyəti fayda əldə etdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri