Icma.az
close
up
RU
AİB ilə birgə layihələr və yeni təşəbbüslər müzakirə edilib

AİB ilə birgə layihələr və yeni təşəbbüslər müzakirə edilib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru xanım Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"APA-Economics" xəbər verir ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, xüsusilə bankın maliyyə və texniki dəstəyi çərçivəsində icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan AİB ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıq çərçivəsində bank tərəfindən maliyyələşdirilən layihələr və göstərilən maliyyə-texniki dəstək ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Qeyd edilib ki, AİB ilə əməkdaşlıq çərçivəsində indiyədək 145 layihə üzrə təxminən 5.5 milyard ABŞ dolları həcmində maliyyələşmə həyata keçirilib və bu tərəfdaşlığın davamı olaraq 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası milli inkişaf prioritetlərinə uyğun şəkildə formalaşdırılıb.

Azərbaycanın AİB ilə əməkdaşlıqda iqtisadi diversifikasiya, yaşıl və davamlı inkişaf, eləcə də inklüziv artım kimi prioritetləri ön plana çəkdiyini vurğulayan nazir ölkəmizin Asiya İnkişaf Fonduna 2021–2027-ci illər üzrə töhfələr verən fəal tərəfdaş kimi çıxış etdiyini bildirib. Eyni zamanda, makroiqtisadi sabitliyin gücləndirilməsi, fiskal intizamın artırılması, dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsi, orta müddətli xərclər çərçivəsinin tətbiqi, şəffaflıq və idarəetmənin yaxşılaşdırılması, eləcə də dövlət müəssisələrinin səmərəliliyinin artırılması və özəl sektorun iqtisadiyyatda iştirakının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb.

Öz növbəsində, xanım L.Gutierrez Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, ölkəmizin xüsusilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində fəal iştirakını yüksək qiymətləndirib. O, ticarət, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin regionda iqtisadi inteqrasiyanın dərinləşməsi və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüş zamanı, həmçinin nəqliyyat bağlantıları, su təchizatı və kommunal infrastrukturun modernləşdirilməsi, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər özəl sektorun inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, kapital bazarlarının inkişafı və dövlət-özəl tərəfdaşlıq mexanizmləri (PPP) vasitəsilə investisiyaların cəlb edilməsi sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Aprel 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri