ƏƏSMN ilə Mərkəzi Bank arasında birgə layihələr müzakirə edilib
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Mərkəzi Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev nazirliyin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən təhlil və tədqiqat xarakterli işlər, bu sahədə yaradılmış institusional mexanizmlər barədə məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, data əsaslı qərarların qəbuluna dəstək məqsədilə görülmüş işlər diqqətə çatdırılıb. Aparılan təhlil və tədqiqatların əmək bazarında cari vəziyyətin öyrənilməsi və gələcək trendlərin müəyyən edilməsində, aktiv məşğulluq tədbirlərinin təşkilində, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi prosesində əhəmiyyəti qeyd olunub.
Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov qurumun təhlil və tədqiqat fəaliyyəti, bu sahədə metodoloji yanaşmalar barədə məlumat verib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhlil və tədqiqat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 24 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















